Trampın oğlu: “Dünya ABŞ-a gülür, söz azadlığı ölüdür”

Trampın Kapitoli fiaskosundan sonra bir çox sosial şəbəkələrdə hesabları bağlandı

ABŞ-ın hazırkı prezidentinin oğlu – kiçik Donald Tramp ölkədəki söz azadlığının atasının tvitter hesabının həmişəlik bloklanmasından sonra öldüyünü bildirib. Onun tvitterdə yazdıqları dünyanın əksər ölkələrində ya başlığa çıxarılıb, ya da mətndə qabardılıb:

“Dünya ABŞ-a gülür, Mao, Lenin və Stalin isə gülümsəyirlər. Texnoloji nəhənglər Prezidenti senzuraya məruz qoya bilərmi? Söz azadlığı ölüdür və güclü solçular tərəfindən idarə olunur”, – kiçik Donald Trampın paylaşımında deyilir.

Prezidentin oğlu sosial şəbəkə administrasiyasının tezliklə onun da hesabını bloklayacaqlarını istisna etməyib.


Azerbaycan-ruznamesi.org: Əgər başqa dövlətlərin işinə söz azadlığını bəhanə gətirərək müdaxilə edən, onları sanksiyaya məruz qoyan bir ölkənin özündə bu dəyərlər axsayırsa, yerində deyilsə o hansı haqla başqalarına hakimlik edir.

Şərhlər bağlıdır.