Təbrizdə tarixi “Qaim Məqam” sarayının yenidən qurulması və qorunması ilə bağlı illərdir şəhər Bələdiyyəsi və Mədəni İrs Təşkilatı arasında yazışmaları nəticəsiz qalmaqdadır. Saray Nasirəddin Şah Qacar dövründə tikilib. “Sırxab” məhəlləsində, tarixi “Heydət Təkyəsi” ilə yanaşı olan “Yusif Xan Ədl Mükərrəmül Məlik”ə aiddir və daha çox “Qaim Məqam” adı ilə tanınır.
1871-76-cı illər arası tikilən sarayın sahibi Azərbaycanın o vaxtkı valisi olub.
Təbriz Universitetinin tarix müəllimi Dr. Sirus Bəradəran Şükuhi bildirib ki, saray Rzaxan Pəhləvi dönəmində məktəb kimi fəaliyyət göstərib.
Şərhlər bağlıdır.