BÖYÜK SƏHRAYA SON 3 İLDƏ İLK DƏFƏ QAR YAĞIB

Əlcəzairdə Böyük Səhranın kənarında yerləşən Ayn Sefra qəsəbəsinə son 3 ildə qar yağıb.

Rusiya KİV-ləri yerli fotoqraf Kərim Buşetatanın bu qeyri-adi mənzərəni çəkmək fürsətini qaçırmadığını yazır. O, ağ libasa bürünmüş səhranı lentə alıb.

Ümumiyyətlə, Əlcəzairdə havanın temperaturu yanvarın 10-dan sürətlə aşağı düşməkdədir və yanvarın 13-də isə mənfi tempratur mənfi dərəcəyə düşüb. İnternetdə digər istifadəçilər də qarla örtülmüş qum təpələrinin fotolarını paylaşırlar.

Bu görüntülərin götürüldüyü Böyük Səhranın qapıları adlandırılan Ayn Sefra qəsəbəsi Atlas dağlarının yanında yerləşir. Bu baxımdan burada soyuq hava qeyri-adi hal deyil, qar isə burada nadir halda müşahidə edilir. Sonuncu dəfə 2018-ci ilin yanvarında bura qar yağmışdı.

Şərhlər bağlıdır.