Bu şəkil Azərbaycan xalqının tarixən qəhrəmanlığının əyani təcəssümüdür. Fətəli xan Xoyski 102 il əvvəl qurulmuş müstəqil Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcılarından, onun inkişafına ictimai-siyasi xadim kimi layiqli xidmətini göstərənlərdəndir.
AXC-nin və onun qurucularının əksərinin yaşadıqları məşəqqətli tale hamımıza yaxşı məlumdur. Mühacirət belələrini sındırmadığından adları əbədi mübarizə salnaməsi yazılıb. Onların ruhları ona görə rahatdır ki, miras qoyduqları müstəqil dövlətin varisləri Vətən salnaməsinə yeni şanlı sətirlər yazmaqdadırlar.Murad Hüseynov da onlardan biridir. Fətəli xanın nəticəsi sayılan bu igid zəfərlə evinə, ailəsinə döndükdən sonra ilk kəlməsi bu oldu: –
Babamın qisasını aldıq. İnanıram ki, onun başını uca etdik…
Xatırladaq ki, F.Xoyski 19 iyun1920-ci ildə o zamankı Tiflis şəhərində ermənilər tərəfindən qətlə yetirilmişdi.
Fədai oğlu
Şərhlər bağlıdır.