Bayden ABŞ-ın 46-cı prezidenti kimi işə başladı

Surprizlərlə yadda qalan andiçmə mərasimi

Cozef  Bayden 2 gündür ki, prezident kimi iş başındadır. O, sayca ABŞ-ın 46-cı dövlət başçısıdır. Lakin Baydenin paytaxt Vaşinqtonda təşkil edilən inauqurasiya mərasimi yəqin ki, uzun müddət surprizlərinə görə söhbət mövzusu olacaq.

Belə ki, son 150 ildə ilk dəfədir ki, belə mərasimə eks prezident qatılmaqdan imtina edir. Halbuki Trampdan əvvəlki prezident Obama şəxsən onunla birgə maşın karvanında andiçmənin keçirildiyi yerə təşrif gətirmişdi. Tramp həmin günü Ağ Evi tərk etdiyindən mərasimə qatılan vitse-prezident Mayk Pens xeyir-dua missiyasını öz üzərinə götürməli olub.

78 yaşlı C.Bayden ABŞ-ın ən yaşlı prezidenti kimi də tarixə düşəcəkdir.

İnauqurasiya mərasimində Kamala Harrisdə and içərək ölkənin ilk qaradərili vətəndaşı kimi  vitse-prezident vəzifəsinin icrasına başlayıb.

1942-ci il təvəllüdlü Cozef Bayden Delaver Universitetini tarixçi və politoloq ixtisasları ilə bitirib, həmçinin Sirakus Universitetinin Hüquq Məktəbində təhsil alıb.

1972, 1978, 1984, 1990, 1996, 2002 və 2008-ci illərdə ABŞ Konqresinin yuxarı palatası olan Senatın üzvü seçilib. 1987-1995-ci illərdə Senatın Məhkəmə Komitəsinə, 2001-2003 və 2007-2009-cu illərdə Xarici Əlaqələr Komitəsinə sədrlik edib.

2009-2017-ci illərdə vitse-prezident postunu tutub.

Tarixi ənənəyə, 1951-ci ildən bəri isə həm də konstitusiya normasına görə, ABŞ-da eyni şəxs maksimum iki dəfə prezident olur. Yalnız Franklin Ruzvelt dövlət başçısı postuna iki dəfədən artıq (1932, 1936, 1940, 1944-cü illərdə) seçilib.

İndi isə 1789-cu ildən bəri ABŞ prezidenti vəzifəsini tutmuş şəxslərlə tanış olaq:

Corc Vaşinqton: 1789-1797

Con Adams: 1797-1801

Tomas Cefferson: 1801-1809

Ceyms Medison: 1809-1817

Ceyms Monro: 1817-1825

Con Kuinsi Adams: 1825-1829

Endrü Cekson: 1829-1837

Martin Van Buren: 1837-1841

Uilyam Harrison: 1841

Con Tayler: 1841-1845

Ceyms Noks Polk: 1845-1849

Zakari Teylor: 1849-1850

Millard Fillmor: 1850-1853

Franklin Pirs: 1853-1857

Ceyms Bükenen: 1857-1861

Avraam Linkoln: 1861-1865

Endrü Conson: 1865-1869

Uliss Qrant: 1869-1877

Raterford Heys: 1877-1881

Ceyms Harfild: 1881

Çester Artur: 1881-1885

Qrover Klivlend: 1885-1889 və 1893-1897

Bencamin Harrison: 1889-1893

Uilyam Mak-Kinli: 1897-1901

Teodor Ruzvelt: 1901-1909

Uilyam Taft: 1909-1913

Vudro Vilson: 1913-1921

Uorren Hardinq: 1921-1923

Kalvin Kulic: 1923-1929

Herbert Huver: 1929-1933

Franklin Ruzvelt: 1933-1945

Harri Trumen: 1945-1953

Duayt Eyzenhauer: 1953-1961

Con Kennedi: 1961-1963

Lindon Conson: 1963-1969

Riçard Nikson: 1969-1974

Cerald Ford: 1974-1977

Cimmi Karter: 1977-1981

Ronald Reyqan: 1981-1989

Corc Buş (ata): 1989-1993

Bill Klinton: 1993-2001

Corc Buş (oğul): 2001-2009

Barak Obama: 2009-2017

Donald Tramp: 2017-2021.

Dövlət və hökumət başçısı olan ABŞ prezidenti həmçinin Silahlı Qüvvələrin ali baş komandanıdır.

ABŞ-da hökumətə Dövlət Departamenti (Xarici İşlər Nazirliyi) və digər nazirliklər daxildir.

Nazirliklərə rəhbərlik edən şəxslər katib adlanır. Xarici işlər nazirinin – Dövlət Departamentinin rəhbərinin vəzifəsinin adı dövlət katibi gedir. Ədliyyə Nazirliyinə rəhbərlik edən şəxs isə baş prokuror sayılır.

Nazirləri prezident Senatın razılığı ilə təyin edir.

Vitse-prezident, Ağ ev administrasiyasının başçısı, bir neçə federal qurumun rəhbəri və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi də kabinet üzvü sayılır.

Prezidentin qanunları imzalamaq, onlara veto qoymaq, hakimləri təyin etmək səlahiyyətləri var.

Diplomatik korpusun rəhbərləri və Ali Məhkəmənin hakimlərinin təyinatı üçün Senatın razılığı gərəkdir.

 Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.