Azərbaycan Milli Hökumətinin qəhrəman fədailərindən biri də general Əbdülrza Azərdir. O, 1905 -ci ildə Məşhəd şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi Məşhəd şəhərində oxumuş, Tehranda Ali Hərbi Məktəbdə təhsil almışdır. Sonralar Fransada tank üzrə hərbi kursu bitirmişdir. Ə.Azər İranın müxtəlif yerlərində şah ordusunda xidmət edərək, polkovnik rütbəsinə qədər yüksəlmişdir.
1943 -cü ildə İran Xalq Partiyasının sıralarına daxil olmuş, 1945-ci il avqust ayında Xorasanda yerləşən ordu hissəsinin bir neçə zabiti ilə birlikdə şah rejiminə qarşı çıxmış və üsyan məğlub olduqdan sonra 27 zabitlə Azərbaycana gəlmişdi. Burada Azərbaycan Demokrat Firqəsinin sıralarına daxil olmuş, fədai dəstələrinin təşkilində fəal iştirak etmişdir.
Əbdülrza Azərin fəaliyyətini nəzərə alan Milli Məclis onu “21 Azər” medalı ilə təltif etmiş və general rütbəsi alması haqqında fərman vermişdir.
General Ə.Azər Təbriz şəhərində müxtəlif hərbi vəzifələrdə işləmiş, Azırbaycan Milli Müdafiə Komitəsinin üzvü olmuşdur.
1946 – cı ilin sentyabr ayından Xalxal – Astara cəbhəsində şah qoşunlarına qarşı vuruşan fədai dəstələrinin komandiri olmuşdur.
General Əbdülrza Azər 1946 – cı ilin dekabr ayında Sovet İttifaqına mühacirət etmişdir. O, 1974 -cü ilə qədər müxtəlif sahələrdə elmi iş aparmış, müəllim işləmişdir.
1974 -cü ildə İrana qayıtmış və 1983 -cü ildə vəfat etmişdir.
Güləddin İsmayılov
Şərhlər bağlıdır.