14 FEVRAL BEYNƏLXALQ KİTAB BAĞIŞLAMA GÜNÜDÜR  

  GÜNEYİMİZLƏ DƏ BAĞLI KİTABLARI UNUTMAYIN

Dünya əhalisi fevralın 14-nü Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır. Azerbaycan-ruznamesi.org bildirir ki, bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir.

2012-ci ildən qeyd edilən bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi günün olmamasını soruşub.2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zellandiyaya qədər fərqli ölkələrdən olan blogerlər birlikdə hərəkət edərək insanları həmin günü “uşaqlara kitab bağışlama günü” olaraq qeyd etməyə çağırıb.

Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab bağışlama günü” olaraq qeyd olunmağa başlayıb.

Əziz oxucular, Azerbaycan-ruznamesi.org da bu gün sizləri belə həssaslığa çağırır və hər birinizdən Güneyimizlə bağlı kitabları da evladlarınıza bağışlamağı tövsiyə edir.

AZƏRBAYCAN DEMOKRAT FİRGƏSİ

 

Şərhlər bağlıdır.