Milli Məcisin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov Xocalı soyqırımını tanıyan ölkələrin adlarını açıqlayıb. Akademik Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya və Cibuti parlamentlərinin də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisində tanıdıqlarını deyib.
O, eyni zamanda ABŞ-ın 21 ştatının-Massaçusets, Texas, Nyu Cersi, Meyn, Nyu Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona və Aydahonun qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunduğunu vurğulayıb.
Təəssüf ki, bu sırada dünyanın iri dövlətləri ilə yanaşı qonşu, əhalisinin yarıdamn çoxu azərbaycanlı olan İranı da görmürük. Nəyə görə? İstərdik bu sualın cavabını onlar aydınlaşdırsınlar.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.