SƏDDAM HÜSEYNİN QIZINDAN İRANA İTTİHAM: BU, ONLARI CƏSARƏTLƏNDİRİR

“İran bu gün İraqa ona görə asanlıqla müdaxilə edə bilir ki, indi bu ölkədə real hakimiyyət yoxdur”.
Bu ittiham İraqın mərhum lideri Səddam Hüseynin qızı Rəğd Hüseynin media üçün müsahibəsində səslənib. Onun fikrincə, İraqda real hakimiyyətin olmaması İranı bu ölkəyə müdaxilə etməyə cəsarətləndirir. R.Hüseyn atasının hakimiyyəti dövrünün “iraqlıların ən fəxr etdiyi illər” olduğunu söyləyib. Gələcəkdə İraq hakimiyyətinin başına keçib-keçməyəcəyi haqda suala o belə cavab verib: “Hər şey mümkündür, bununla bağlı bir çox təkliflər verilib”.

Məlumat üçün bildiririk ki, Səddam Hüseynin böyük qızı olan Rəğd 2003-cü ildən İordaniyada yaşayır.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.