POLKOVNİK ƏBDÜLMƏCİD MƏHƏMMƏDİVƏND
Ərdəbil fədailərinin başçısı Əbdülməcid Məhəmmədivənd 1914-cü ildə anadan olmuşdur. İran ordusunda xidmət edərkən, şah üsul – idarəsinin zülmünü görmüş və Azərbaycanda dövlət məmurlarının, feodal və xanların vəhşiliklərinin şahidi olmuşdur.
1942-ci ildən İran Xalq Partiyasının sıralarına daxil olmuşdur. Ərdəbil vilayətində mürtəce qüvvələrlə mübarizə aparan Ə.Məhəmmədivənd 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinin təşkilat və ideoloji işlərinin iştirakçısı olmuş və fədai dəstələrinə rəhbərlik etmişdir.
Azərbaycan Milli Hökuməti yaranandan sonra fəaliyyətini nəzərə alan Milli Məclis ona sərhəng (polkovnik) rütbəsi vermişdir.
Xarici düşmənlərin köməyi ilə şah qoşunları tərəfindən Azərbaycan Milli Hökuməti məğlubiyyətə uğradıdılqdan sonra 1946-cı ilin dekabrında digər yoldaşları kimi Sovet Azərbaycanında mühacir həyatı yaşadı.
Bakıda Ali Partiya Məktəbini qurtaran Əbdülməcid Məhəmmədivənd mühacirətdə fəaliyyət göstərən ADF-nin Mərkəzi Komitəsinin üzvü seçilmişdir.
\Ə.Məhəmmədivənd 12 fevral 1985-ci ildə Bakıda vəfat etmişdir.
Milli hərəkatın fədakar iştirakçısı olan Əbdülməcid Məhəmmədivəndinin adı xalqlar dostluğu tarixində həmişə izzət və hörmətlə yad edilir.
Şərhlər bağlıdır.