Bu kitab “Qanun” nəşriyyatında 2 il əvvəl çapdan çıxıb. Tanınmış yazıçı və tərcüməçi Əlisa Nicat “İran мəktubları”ni Azərbaycan dilinə çevirib.
Əsər ilk dəfə Hollandiyanın Amsterdam şəhərində nəşr edilmişdir. İlk nəşrində müəllifin adı gizli saxlanılmışdır. Ayrı-ayrı şəxslər arasında məktublaşma formasında yazılmış bu əsərdə Fransanın XIV Lüdoviq dövrü, o zamankı İran dövlətinin vəziyyəti kəskin, ifşaedici tənqid atəşinə tutulmuşdur.
Monteskyö bu əsərdə şərq despotizmi və Avropa mütləq monarxiyasına mənfi münasibətini bildirmişdir. Bundan əlavə, filosof, əsərdə o dövrün Avropa siyasəti, islam və xristianlıq, müxtəlif dünya ölkələrində əhalinin artma-azalma səbəbləri, monarxiya və respublika idarəçilik formaları və onların tarixi haqqında, eləcə də fəlsəfə və hüquq elminə dair maraqlı və dəyərli fikirlər irəli sürmüşdür.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.