Azerbaycan-ruznamesi.org saytına 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar keçirilən tədbirlər barədə müxtəlif ölkələrdən məlumatlar daxil olmaqdadır. Sizə təqdim edəcəyimiz bu görüntüləri və informasiyanı isə saytımıza İsveçdən Abdulla Əmir Haşimi Cavanşir göndərib.

İsveçdə 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı tədbir keçirilib. Bir çox ölkələrdən tarixçilər, alimlər, elm adamları şəhidləri hörmet ve ehtiramla yad edərək, tariximizin həmin səhifələrindən söz açıblar. Çıxışlarda qeyd olunub ki, dünya azərbaycanlıları soyqırımı həqiqətlərinin dəhşətli ve bəşəri qanunlara zidd olduğunu dünya dövlətlərinə, dünya ictimaiyyətinə catdirmalı, Ermənistanın tam ifşasına nail olmalıdır.

Şərhlər bağlıdır.