Polşanın Avropa Parlamentindəki nümayəndəsi R.Sikorskinin açıqlaması:

Zərif ilə görüşün və ona hansı çirkin və iyrənc bir rejimi təmsil etdiyini xatırladın

Polşanın Avropa Parlamentindəki nümayəndəsi Radoslav Sikorskinin İran İslam Respublikasına ünvanladığı açıqlamalar:

“İran, bir İslam respublikası olduğunu iddia edir.

Ancaq, qətnamədə deyildiyi kimi, İran həmçinin dünyanın ən repressiv rejimlərindən biridir.

Buna görə Tehran mollalarına bir sualım var:

– Yaxşı, əgər qüdrətli və səxavətli bir Tanrının nümayəndəsisinizsə, bəs onda niyə öz xalqınıza zülm etməyə, işgəncə verməyə və öldürməyə bu qədər ehtiyacınız var?

Xeyr, sizin rejiminiz müqəddəslərə təhqirdir.

Rejiminiz hər bir müsəlmana, hər bir imanlı və şüurlu insana zülm və nifrət edir.

Ölkənizi o qədər çarəsiz vəziyyətə gətirdiniz ki, indi enerji və infrastruktur kimi həyati sahələrinizi Çinə bağışlamaq üçün onunla müqavilə bağladınız.

Şübhəsiz ki, Çin İranda insan haqlarının pozulmasına qarşı heç bir etiraz etməyəcəkdir.

Ancaq əminəm ki, kommunist və Allahsız bir rejimin köləsi olmağınızdan Allah razı deyil.

Amma bizimlə münasibətlərin yaxşılaşdırılmasını və sanksiyaların qaldırılmasını istəyirsinizsə, bu repressiyalara son qoyun.

Xalqınıza etdikləriniz şeylər insanlığa sığmır.

Və bir şey daha!

Avropa ölkələrindən və diplomatlarından bir istəyim var:

– Gələn dəfə faşist Almaniyasının gülərüz Xarici İşlər naziri Ribantropa bənzəyən cənab Zərif ilə görüşün və ona hansı çirkin və iyrənc bir rejimi təmsil etdiyini xatırladın.

Təşəkkür edirəm”.

S.B.

 

 

Şərhlər bağlıdır.