BİR QRUP İŞİD-Çİ OBAMANI XƏLİFƏ ELAN ETMİŞDİ

ALTI İL ÖTÜB, İNDİ XƏLİFƏLƏRİ KİMDİR?

2015-ci ilin dekabırında bir qrup İŞİD yaraqlısının ABŞ prezidenti Barak Obamaya ünvanladıqları müraciətdə o, təşkilatın böyük rəhbəri kimi təqdim olunur. Öncə həmin məlumatla tanış olaq

Ekstremistlərin rəyinə görə, xilafətin əsasında məhz o dayanıb və cihadı yeni səviyyəyə yüksəldib. İŞİD yaraqlıları Obamanın əsas xidməti kimi Müəmmər Qəddafinin məhvini göstərirlər.

“Əfqanıstanı xatırlamaq olar, Corc Buş bizə İraqı gətirdi, lakin əsas qəhrəman bizim xilafətin əsasında dayanan Obamadır. Onun sayəsində biz şəriət qanunlarına əməl etməyən narazı hökumətlərdən xilas ola bildik. Obama bizi qanunun bərqərar olması yolunda maneə olan Qəddafidən qurtardı. İndi, şükür Allaha ki, bizim bütün qruplaşmalarımız birləşib”, – deyə, müraciətdə bildirilir.

Terrorçular bildirirlər ki, məhz Amerika prezidentinin sayəsində onlarda silah peyda olub və bu silahla Obamanın düşmənləri ilə mübarizə aparırlar. Müraciətdə yaraqlılar onu öz xəlifələri adlandırırlar:

“Obama, sən bizə düşmənlərinə qarşı istifadə etdiyimiz silah verdin. Obama, sən bizim üçün çox şey etdin, buna görə də, biz səni öz xəlifəmiz, Allaha aparan yolda bələdçimiz elan edirik”, – deyə, yaraqlılar deyirlər.

Azerbaycan-ruznamesi.org: Barak Obama daha ABŞ prezidenti deyil. Amma görəsən İŞİD-çilər yenə onu öz xəlifələri sayırlarmı?! Əlbəttə o, günümüzdə də bu tipli terror təşkilatlarını pisləyən hər hansı rəsmi məlumatın müəllifi deyil. Bəs İŞİD-in indi mənəvi lideri kim sayılır?! Saytımız bu barədə ətraflı informasiya əldə edərsə oxucuları ilə bölüşəcək.

Şərhlər bağlıdır.