Aprelin 6-da Al-Arabiya telekanalının yaydığı məlumata görə İslam Keşikçiləri Korpusuna gəmi qırmızı dənizdə hücuma məruz qalıb. Yük gəmisi ilə bağlı hadisə Eritriya sahillərində baş verir.
Bir gün sonra isə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadənin açıqlamasında hücumdan yox, İran gəmisində partlayışın baş verdiyindən və bunun nəticəsində gəmiyə ziyan dəydiyindən söhbət açılıb. Bu barədə məlumatı “RİA-Novosti” Agentliyi dərc edib.
“Çərşənbə axşamı səhər saatlarında Cibuti sahillərində İrana məxsus ticarət gəmisi partlayış nəticəsində zərər görüb. Partlayışın səbəbi araşdırılır”, – deyə S. Xətibzadə bildirib.
İran XİN-nin sözçüsü gəminin hərbi təyinatlı olmadığını deyib. Partlayış nəticəsində ölüm halı qeydə alınmayıb.
Göründüyü kimi ictimaiyyət konkret bu suala cavab ala bilmir ki, gəmiyə hücum olub, ya olmayıb.
Şərhlər bağlıdır.