İranın nüvə proqramı ilə bağlı yaranan bu dövlətlə ABŞ arasındakı gərginlik uzun müddətdir ki davam etməkdədir. ABŞ bu ölkəni niyyətindən çəkindirmək üçün sanksiyalar tətbiq etməkdə, qadağaların dairəsini genişləndirməkdə, qarşı tərəf isə təzyiqlərə əhəmiyyət vermədən öz işindədir.
Dünən mediada xəbər yayılıb ki, Ağ Ev danışıqlar üçün sanksiyaların bəzilərinin ləğvinə hazırdır, ancaq Tehranın maksimalist tələblərindən əl çəkməsi gərəkdir.
Bir gün sonra isə İran prezidenti Ruhaninin çıxışında “Tehran nüvə razılaşmasına bütün sanksiyaların götürülməsi şərti ilə qayıtmağa hazırdır. Bu gün ABŞ-ın danışıqlar üçün oyandığını müşahidə edirik. Təsdiqləyirik ki, nüvə proqramı öhdəliklərinə bütün sanksiyaların götürülməsi qarşılığında qayıtmağa hazırıq.
Tehran problemlərin həllini istəyir və buna hazırdır. ABŞ bu gün birbaşa və ya dolayı danışıqlara hazırlıqdan bəhs edir. Bu, İran xalqının qələbəsidir”, – bildirib.
Məlumatdan göründüyü kimi hələ ortada sözdən başqa heç nə yoxdur. Elə isə Ruhani hansı qələbədən danışır?
Şərhlər bağlıdır.