Mətbuat Şurasının jurnalistlərə müraciətini azerbaycan-ruznamesi.org da dəstəkləyib

Bu gün kütləvi vaksinasiyada onlar da iştirak ediblər

Azərbaycan Mətbuat Şurasının ölkə jurnalistlərinə müraciətini dəstəkləyən onlarca media təmsilçisi bu gün MŞ-də olmuş, kütləvi vaksinasiyadan keçmişlər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin vaksinasiya prosesi ilə bağlı mətbuat konfransında bildirib ki, jurnalistlərin vaksinasiyası TƏBİB-ə həvalə olunub: “Planlaşdırırıq ki, gün ərzində 50-100 nəfər peyvənd olunsun. Vurulacaq vaksin “Coronovac” peyvəndidir. İndiyədək bizə redaksiyalardan təqdim olunan siyahıda peyvənd olunmaq istəyən jurnalistlərin sayı 200-ə yaxındır”.

Qeyd edək ki, Azərbaycan Respublikası dünyada barmaqla sayılan ölkələrdəndir ki, vaksinasiyada bütün jurnalistlərin kütləvi şəkildə iştirakı üçün planlı şəkildə iş aparmaqdadır. O, belə bir kampaniyanın vacibliyini jurnalistikanın riskli sahələrdən olduğu ilə əlaqələndirib. Bu işin mütəşəkkil aparılması cəmiyyətdə insanların yoluxma hallarının azalmasına müsbət təsirini göstərə bilər.

Azerbaycan-ruznamesi.org əmindir ki, nəinki Azərbaycan Respublikasında, eləcə də dünyanın harasında yaşamasından asılı olmayaraq əli qələm tutan hər bir soydaşımız, məsləkdaşımız bu məsələyə məsuliyyətlə yanaşmağı özünün borcu saymalıdır.

Pərvin

Şərhlər bağlıdır.