ABŞ – İran danışıqları

Bu dəfə də şou göstərildi, nəticə olmadı

Azerbaycan-ruznamesi.org beynəlxalq informasiya vasitələrinə istinadən yayımladığı məlumatda ABŞ və İran arasında Vyanada keçirilən danışıqların nəticəsiz qalacağı barədə öncədən proqnozunu vermişdi. Çünki hər iki tərəf mövqeyində qətidir və hər hansı güzəştə getməyə hazır deyil.

Məlumat üçün bildirək ki, ABŞ-ın 2017-ci ildə İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğvinə dair dəfələrlə təkliflər, müraciətlər səslənib. İran sanksiyaların bütövlükdə ləğvini istəyir, ABŞ isə İranın hələ buna hazır olmadığını bildirib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi bu dəfə də həmin mövqeyi nümayiş etdirərək deyib ki, İranın bütün sanksiyaların ləğv olunması tələbi qəbul olunmazdır: “Əgər İran 2017-ci ildə qəbul edilən sanksiyaların ləğv olunması, əks təqdirdə sazişin əldə olunmayacağı ilə bağlı mövqeyində təkid edəcəksə, o zaman danışıqlar dalana dirənəcək”.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.