Myanmada hərbi xunta xalqı güllələyir, edam edir

ABŞ-ın dəstəyi ilə Myanmada çevriliş yolu ilə hakimiyyətə gələn hərbi xunta xalqla danışıqların yox, silahın, dar ağaclarının dili ilə danışır. Legitim hökumət üzvlərinin həbsinə qarşı etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həlak olanların sayı 614-ə çatıb. İki gün əvvəl isə polislə toqquşan 19 nəfər dara çəkilib. Myanmada Siyasi Məhbuslara Yardım Assosiasiyasının hazırladığı məruzədə bu barədə söhbət açılır.

Təkcə son sutka ərzində etiraz aksiyalarının dağıdılması zamanı 16 nəfər həlak olub. İndiyədək 500 nəfərin barəsində həbs orderi çıxarılıb.

Bununla yanaşı, “Myanmar Now” və “The Irrawaddy” nəşrlərinin məlumatına görə, bu günlərdə Saqayn əyalətinin Taze şəhərində etirazçılarla hərbçilər arasında silahlı toqquşma baş verib. Hərbçilər etirazçılara qarşı döyüş güllələrindən istifadə edib, sonuncular isə hərbçilərə bıçaq və əldəqayırma partlayıcılarla hücum edib. İnsident nəticəsində 11 etirazçı həyatını itirib, hərbçilərin arasında qurbanların olması barədə məlumat yoxdur.

Azerbaycan-ruznamesi.org

 

Şərhlər bağlıdır.