PKK-DAN QAÇAN GƏNC QIZLARDAN DƏHŞƏTLİ ETİRAFLAR : “HƏR GÜN…”
Türkiyə ordusunun əməliyyatlar zamanı saxladığı PKK terrorçuları arasında gənc qızlar da yer alıb
Kütləvi informasiya vasitələri türk ordusunun PKK terrorçularına qarşı keçirdiyi əməliyyatlar barədə informasiyalar yayımlayıb. Məlumatlarda bildirilir ki, saxlanılanlar arasında 23 və 25 yaşlı qızlar da olub.
Saxlanılanlardan biri, 23 yaşlı D.N. açıqlamasında bildirib ki, 15 yaşı olarkən terrorçuların əlinə düşüb.
“Bizi aldadıb, piknik adı ilə apardılar. Bir neçə gənc qızla birlikdə bizi dağa qaçırdılar. Həmin gün hava çox soyuq və qaranlıq idi. Səhərə qədər ağladım və məni buraxmaları üçün yalvardım. Məni təpiklə vurdular, ağlamağı kəsməsəm öldürəcəklərini dedilər”, – D.N. bildirib.
Qadın deyib ki, onun kimi aldadılan qızlarla birlikdə 25 gün terrorçuların gizləndikləri yerləri gəzdiriblər:
“Qızları terrorçulara bağışlayırdılar. Həmin ərazilər insanlığın unudulduğu yerlər idi. Kim oradan qaçsa ailə üzvlərini öldürəcəklərini deyirdilər. Qızları zorlayır, bəzilərini öldürür, bəzilərinə isə təlimlər keçirdilər. Təlimlər keçəndən sonra bizi bölgələrə ayırdılar”.
D.N. əlavə edir ki, qaçmaq istəsə də terrorçular tərəfindən saxlanılıb:
“Bir ay həbsdə saxladılar. Hər gün döydülər, zorladılar. Yaralarıma məlhəm sürtmədilər. Ac-susuz ölümə tərk etdilər. İnsanlığa sığmayan əzablar verdilər”.
D.N. Türk ordusunun keçirdiyi əməliyyat zamanı könüllü olaraq təslim olub. O, terrorçuların əlində olan qadınlara səslənərək bildirib ki, bacarırlarsa, qaçsınlar: “Analarınız, ailəniz sizin yolunuzu gözləyir”.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.