15 aprel- Beynəlxalq Mədəniyyət Günüdür

Hər il aprelin 15-i Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədardır. Bu gün beynəlxalq hüquq təcrübəsində Rerix paktı kimi də tanınır. O vaxtdan etibarən dünyanın bir çox ölkəsində 15 aprel – Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur.

2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya və Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin dünya bayrağı altında Ümumdünya Mədəniyyət Günü kimi təsdiqi üçün beynəlxalq hərəkat yaradılıb.

Ümumdünya Mədəniyyət Gününün qeyd olunmasını ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib.

Güneyli mədəniyyət xadimlərimiz də harada yaşamalarından asılı olmayaraq dünya mədəniyyətinə özlərinin sanballı töhfələrini veriblər. Çox maraqlıdır ki, milyonların sevimlisinə çevrilən bu insanların bir çoxu istedadlarını doğulub boya-başa çatdıqları ölkə hüdudlarından kənarda daha qabarıq biruzə veriblər. Bu da onların mühacirət üçün seçdikləri ünvanlarda sərbəst fəaliyyət üçün yaradılan münbit şəraitlə bağlı olmuşdur. Təqdirə layiq haldır ki, bu gün Azərbaycan mədəniyyəti dedikdə böyük uğurlara imza atanların sıralarında 1946-cı ildən bəri doğma yurd-yuvalarını tərk edib Quzeydəki doğmalarına pənah gətirən keçmiş inqilabçıların, fədailərin, həmçinin onların övladlarının adları iftixarla çəkilir.

Belələrinin bir çoxunun yaradıcılıq yolu haqqında cəmiyyəti fədakarcasına məlumatlandıran yazarlarımıza qəhrəmanlarının çoxunu parodiya etmiş dünyanın məşhur gülüş ustaları arasında özünəməxsus yer tutan Həsən Cəbrayılovu xatırlamamaq olmur. Rübabə Muradova, Həsən və Ənvər Əbluc qardaşları, unudulmaz “Məşəl” ansamblının solistləri Məmməd Salmanovun, məlahətli səsi o taylı- bu taylı dinləyiciləri valeh edən Novruz Feyzullayevin, Leyla Şərifovanın… və başqalarının barələrində yazdığı oxunaqlı materiallar, arxivdən üzə çıxardıqları kifayət qədərdir.

Sənətçilərimizin bu bayram günündə dünyasını dəyişənləri hörmətlə xatırlayır, fəaliyyətini davam etdirənlərə isə yeni-yeni uğurlar arzulayırıq.

Azərbaycan-ruznamesi.org

 

 

   

 

Şərhlər bağlıdır.