“İTİRİLMİŞ QIZIL ŞƏHƏR” TAPILDI

Misir Abidələr Qurumu 3 min illik tarixi olan “İtirilmiş qızıl şəhər” adlı qədim bir şəhərin olduğunu bildirib. Qurum tərəfindən verilən açıqlamada qeyd olunub ki, Misir İmperiyası dövründə Luksorda ən böyük inzibati və sənaye məskəni olduğu deyilən şəhər III Kralın adını daşıyıb. 

“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, şəhər 3 min il əvvəl kral Amenhotep tərəfindən qurulub.

Qurumun açıqlamasında bildirilir:

“Şəhərin divarları demək olar ki, bütövdür və gündəlik həyatda istifadə edilən alətlər də tapılıb. “İtirilmiş qızıl şəhər”dən başqa Kral III Amenhotepə məxsus 3 kral sarayı da tapılıb. Yeni qazıntılar aparılacaq, qədim məzarların da meydana çıxacağı güman edirik”.

Johns Hopkins Universitetinin professoru Betsy Bryan isə “İtirilmiş qızıl şəhər”i Tutanhamonun türbəsi tapıldıqdan sonra ən böyük arxeoloji kəşf hesab edir.

 

 

Şərhlər bağlıdır.