Bu xəbəri Kuba Kommunist Partiyasının orqanı olan “Qranma” qəzeti rəsmən yayımlayıb. 89 yaşlı birinci katib partiyanın 8-ci qurultayındakı çıxışı zamanı birinci katiblikdən getdiyini bildirib. Kastro vurğulayıb ki, rəhbərliyi çoxillik zəngin təcrübəyə malik insanlara təhvil verir.
Bu məlumat o deməkdir ki, son 60 ildə Kastrolar ilk dəfə rəhbər vəzifədə olmayacaqlar. Fidel Kastro Raulun böyük qardaşıdır. O, 1959-cu ildə hakimiyyətə gəlmişdir. Sonra rəhbərliyi qardaşına təhvil vermişdi.
Raul Kastronu 2011-ci ildə partiyanın birinci katibi seçmişdilər. 2016-cı ildə isə ikinci müddətə həmin vəzifə ona etibar olunmuşdu.
Şərhlər bağlıdır.