“EVIN”DƏ SAXLANILAN SIYASI MƏHBUSLAR BƏYANAT YAYDI: DUSTAQLARIN HƏYATI TƏHLÜKƏ QARŞISINDADIR

Azerbaycan-ruznamesi.org: Aradan 5 il ötüb. Bu yaxınlarda “Evin”də saxlanılan məhbusların etiraz bəyanatı göstərib ki, hələ orada çox qanlar axıdılacaq. Həmin bəyanatı oxuculara təqdim edirik. Həmin sənəd “Xalq cəbhəsi” qəzetinin 13 aprel 2021-ci il tarixli sayından götürülüb. 

Tehranın “Evin” həbsxanasının 8-ci bölməsində saxlanılan məhbuslar koronavirusun yayılması ilə əlaqədar xəbərdarlıq bəyanatı yayıb.

Bəyanatda rəhbərliyin diqqətinə çatdırılır ki, həbsxanada koronavirusun geniş yayılması təhlükəsi var.

Qeyd olunur ki, bu üzdən məhbusların həyatı təhlükə altına düşüb.

Bəyanatda 8-ci bölmədə iki məhbusun və üç həbsxana nəzarətçisinin COVİD-19-a yoluxduğu bildirilir, ölkə səviyyəsində dördüncü dalğası başlanan epidemiyanın həbsxanalara da sıçradığını vurğulanır.

“Biz bütün siyasi dustaqların, adi məhbusların, hətta xarici vətəndaşların həyatlarının koronavirusun yayılması ilə əlaqədar təhlükədə olduğunu bildiririk. Koronavirusa Qarşı Mübarizə Mərkəzi bütün toplantıların və yaxın məsafə təmaslarının qadağan olunduğunu elan edib. Buna baxmayaraq, həbsxanalarda, xüsusilə “Evin” həbsxanasının 8-ci bölməsində məhbuslar bir yerdə saxlanılır. Bundan narahatlığımızı bildirir və təcili olaraq məhbusları məzuniyyətə göndərilmələrini tələb edirik”-məhbusların bəyanatında belə deyilir:

Qeyd olunur ki, İran məhkəmə sisteminin məsulları faciənin baş verməməsi üçün həbsxanadakı mövcud şəraiti düzgün qiymətləndirməlidir.

Xatırladaq ki, “Evin” həbsxanasının 8-ci bölməsində əsasən siyasi məhbuslar saxlanılır.

Güney azərbaycanlı siyasi məhbuslar, o cümlədən Siyamək Mirzayi, Kiyanuş Aslani, Tohid Əmir Əmini, Behnam Şeyxi və Həmid Mənafi də cəzalarını burada çəkirlər.

İnsan haqları təşkilatları və məhbusların hüquqlarını müdafiə qurumlarının verdikləri hesabatlarda bildirilir ki, İran həbsxanalarında dərman preparatları və səhiyyə imkanlarının məhdud olması məhbusların həyatını ciddi təhlükə qarşısında qoyur.

 

Şərhlər bağlıdır.