Bu il İranda növbəti prezident seçkisi keçiriləcəkdir. Təbiidir ki, əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də özünü bu postda görmək istəyən namizədlərin sayı çox olacaqdır. Lakin yenə də İranın sabiq rəhbəri Xumeyninin yadigarlarından kimsə iddiaçıların sırasına qoşulmayacaqdır. Bu barədə mərhum rəhbərin nəvəsi Yasir media üçün məlumat verib.
Məlumatda göstərilir ki, Yasir qardaşı Həsənlə müvafiq məsləhətlər almaq üçün inqilab rəhbərinin qəbuluna gediblər. Ayətulla Əl Xamenei Ruhullah Xomeninin nəvəsinə prezidentliyə namizədliyini irəli sürməyi qadağan edib. Konkret sözü bu olub ki, “hazırki şəraitdə meydana daxil olmaq olmaz”.
Bu nədir, nüfuzdan çəkilmə, yoxsa dostunun yadigarını qoruma?! Qoy bu sualın cavabını oxucular müəyyənləşdirsinlər.
Şərhlər bağlıdır.