ABŞ-ın dirijor çubuğu ilə oturub-duran Səudiyyə Ərəbistanı 5 il əvvəl kəsilən İranla danışıqlar aparmaqdadır. “Financial Times” qəzetinin əldə etdiyi məlumata görə bu günlərdə Bağdadda İraqın baş naziri Mustafa Kazeminin vasitəçiliyi ilə 2015-ci ildən bəri ilk dəfə çox ciddi məsələlər ətrafında müzakirələr aparılıb.
Mötəbər mənbələrin xəbər verdiyinə görə müzakirə mövzularında husilərin “Ənsar Allah” hərakatının bu ölkəyə hücumları ilə əlaqədar müzakirələr zamanı pozitiv nəticələr əldə olunub.
Səudiyyə Ərəbistanı danışıqlarda ümumi kəşfiyyat rəisi Xalid bin Əli əl-Xumaydanın rəhbəri olduğu nümayəndə heyəti ilə təmsil edilib. Bu görüş ABŞ prezidenti Co Baydenin İranın nüvə proqramı ətrafında yaranmış siyasi gərginliyi aradan qaldırmaq cəhdləri nəticə vermədiyi bir şəraitdə keçirilib. C.Bayden bununla vəziyyətdən çıxış yollarını arayır və çoxillik müttəfiqinin dəstəyinə arxalanır.
Digər məqam isə Yəməndəki 6 illik müharibənin aradan qaldırılmasına göstərilən maraqlardır. Danışıqlar uğurla nəticələnərsə Bəhri, Sudan və Cibuti kimi ABŞ-ın sözü ilə oturub-duran ərəb ölkələri də İranla diplomatik əlaqələrin bərpası üçün bir himə bənddirlər.
Təbii ki, bu danışıqları Səudiyyə Ərəbistanının müstəqil təşəbbüsü saymaq olmaz. Çünki dirijor çubuğu ABŞ-ın əlindədir. İrana gəldikdə isə belə gərginliklərin yaranmasında daim maraqlıdır. Rejimin ömrünün uzanmasına xidmət edir.
Diplomat
Şərhlər bağlıdır.