- Deməli, ABŞ-da prezident seçkisi qabağı kampaniya zamanı namizədlərin verdikləri vədlər sırasında “erməni soyqırımı” ilə bağlı məsələyə yer ayrılır. Birləşmiş Ştatların hazırkı prezidenti Cozef Bayden də sələfləri kimi ermənilərin bu məsələdə istəklərini təmin edəcəyinə boyun olub. Ondan əvvəlki prezidentlər Barak Obama və Donald Tramp da oxşar vədlər vermişdi. Ancaq onlar erməni saxtakarlığına şərik olmadı və tarixin təhrif edilməsini dəstəkləmədi. Barak Obama həmin hadisələrə münasibət bildirərkən demişdi “Osmanlı imperiyası zamanı erməni xalqı deportasiya olunub, qətlə yetirilib. Dəhşətli qırğın olub”. Donald Tramp da ermənilərin gözləntilərinin əksinə olaraq 106 il əvvəlki hadisələri “soyqırımı” deyil, “böyük fəlakət” adlandırmışdı. Ehtimal edilir ki, ABŞ prezidenti Cozef Bayden də bu il aprelin 24-ü ilə bağlı müraciətində “erməni soyqırımı” ifadəsini işlədəcək. Qeyd edək ki, o, siyasi fəaliyyətində ermənisevərliyi ilə də seçilir. Bu isə Ağ evin indiki sahibinin beynəlxalq münaqişələrlə bağlı heç də obyektiv qərar çıxarmamasından xəbər verir.
- //azerbaycan-ruznamesi.org/wp-content/uploads/2021/04/131-300×169.jpg” alt=”” width=”300″ height=”169″ />
- //azerbaycan-ruznamesi.org/wp-content/uploads/2021/04/2121-6-300×206.jpg” alt=”” width=”300″ height=”206″ />
- //azerbaycan-ruznamesi.org/wp-content/uploads/2021/04/Без-имени-554-300×169.jpg” alt=”” width=”300″ height=”169″ />
- Bu günlərdə BMT Baş katinin sözçüsü Stefan Dyujarrik ABŞ-ın bu məsələ ilə atacağı ehtimal olunan addımları şərh edərkən təmsil etdiyi qurumun mövqeyi haqqında deyib “Soyqırımı faktını ilk məhkəmə müəyyənləşdirməlidir”. Qeyd edək ki, 1948-ci il dekabrın 9-da BMT Baş Assambleyası Parisdə “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanı qəbul edib. Bu Konvensiya 1951-ci il yanvarın 12-də qüvvəyə minib. Soyqırımın tərifinə əsasən, Osmanlı dövlətindəki hadisə soyqırımı deyil. Çünki onda silahlı ermənilər dövlətə qarşı çıxış ediblər. Dövlət isə onların qiyamının qarşısını alıb. Ancaq 1918-ci ilin martında Azərbaycanın bütün bölgələrində, o cümlədən son 30 ildə Qarabağda ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər soyqırımıdır. Bundan başqa, həmin sənədə uyğun olaraq ABŞ və Fransanın Afrikada törətdikləri cinayətlər də soyqırımıdır.
- //azerbaycan-ruznamesi.org/wp-content/uploads/2021/04/64-300×201.jpg” alt=”” width=”300″ height=”201″ />
Şərhlər bağlıdır.