Bu günlərdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində çağdaş Azərbaycan ədəbiyyatı yazarlarının əsərlərindən ibarət kitab nəşr olunub.
“Qorxunun rəngi” adlı hekayələr toplusu “Yasmaq sira” nəşriyyat evində, yazıçı Elyar Poladın redaktorluğu, Səeed Vəğanlının rəhbərliyi ilə işıq üzü görüb.
Topluya Elçin Əfəndiyev, Kamal Abdulla, Afaq Məsud, Kənan Hacı, İlham Əziz, Yaşar Bünyad, Ümbülbanu, Sadiq Elcanlı,
Arzu Murad, Həmid Piriyev, Cavidan, Qalib Şəfahət, Nadir Qocabəyli, Jalə İsmaiyl, Şəfaqət Cavanşirzadə, Təranə Qurbanlı, Orxan Fikrətoğlu, Pərviz Cəbraiyl və İradə Aytelin hekayələri daxildir.
Kitabın iki ölkə arasında ədəbi əlaqələrin möhkəmlənməsində “Qorxunun rəngi” böyük rolu olacağına ümid edilir.
Pərvin
Şərhlər bağlıdır.