ZİYƏRƏT ETMƏYƏ BORCLU OLDUĞUMUZ TARİXİ YERLƏR

KAZIMXAN DAŞI - QALASI

Urmu gölünün sahilində vüqarlı bir qala var, adına Kazımxan Daşı (qalası) deyirlər. Bu gün kitablardan daha çox xalqın yaddaşında yaşayan Kazımxan Daşı-erməni, assuri, kürd soyqırımlarından Azərbaycan Türkünü müdafiə qalası yenə yersiz-yurdsuz erməni. Yenə onun əlinin, ayağının qanlı ləpirləri. Yenə, yenə, yenə… Tarix nə deyir buna? – silinməkdə olan tarix nə deyə bilər ki? – Deyər, əgər maraqlansaq.

Gəlin əvvəlcə sizi Urmu gölü sahilində yerləşən Kazımxan Daşı ilə tanış edək. Çünki 20-ci əsrin əvvəllərində ermənilərin törətdikləri Türk soyqırımının Azərbaycanın güneyindəki qan izləri burdadır, Kazım xanın düşmənlər qarşısında şücaəti burdadır.

Bu qalanın ilkin adı Kazımxan Daşı olmayıb, o Qırxlar qalası adlanır. Urmu gölünün sahilində, Göyərçin Qala kəndinin tam qarşısında hündür ada şəklində yerləşən Qırxlar qalası suyun içərisindəki 200 metr yüksəklikdə olan bir qayanın üzərində ucaldılıb.

Binanın bünövrəsində və tikintisində yonulmuş böyük daşlardan istifadə edilib. Bu qalada ağ mərmərdən bir nüçə qəbir daşı var ki, üzərində gözəl xətlərlə yazılar işlənib. Qalanın yuxarısında dərinliyi 8 metr, eni və uzunluğu 2 metr yarım olan su quyusu var. Dənizdən qalaya qalxmaq təkcə bir dar cığırdan mümkündür və qalanın başqa giriş yolu yoxdur. Buna görə ona “yekdər”, yəni “tək qapılı” qala da deyiblər.

Amma qala 90 ildir ki, qədim ayamalarını unudaraq yerli camaatı müdafiə edən qəhrəmanının ismini – Kazım xanın adını daşıyır.

Şərhlər bağlıdır.