AVROPA MƏHKƏMƏSİ AZƏRBAYCANIN ŞİKAYƏTİNƏ BAXACAQ

CAVABDEH ERMƏNİSTANDIR

Qırx dörd günlük müharibəni uduzan Ermənistanı indi hüquqi müstəvidə cavabdehlik gözləyir. Belə ki, Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın Ermənistana qarşı şikayətinə baxılması haqqında qərar qəbul edib.

Azerbaycan-ruznamesi.org bu barədə məlumatı Avropa İnsan Haqları Məhkəməsinin saytından götürüb. İnformasiyada bildirilir ki, Azərbaycanın Ermənistana qarşı insan hüquqlarının pozulması ittihamı ilə bağlı şikayətinə baxılması haqqında qərar qəbul olunub.

Məlumatda göstərilir ki, Avropa İnsan Haqları Məhkəməsinin palatasına daxil olan Azərbaycan Ermənistana qarşı dövlətlərarası şikayəti Məhkəmənin Böyük Palatasının yurisdikasiyasına qəbul olunub.

Şərhlər bağlıdır.