SƏFƏR SADİQİYƏ DAHA BİR MEDAL TƏQDİM OLUNDU

DANİMARKADAKI "VƏTƏN" CƏMİYYƏTİNİN SƏDRİ UĞURLARI SIRALAYIR

Ramazan bayramı günü Danimarkaya zəng edib əfsanəvi fədai, Təbrizdə Milli Ordunun mayoru olmuş, igidlikləri dillər əzbəri Məmi Sadiqinin oğlu Səfərə zəng edib xoş duyğularımızı yetirmək istədim. Alınmadı. Bunu məsləkdaşlarımıza bidirəndə dedilər ki, mayın 12-də ad günü olub, 64 yaşını təbrik edə bilərsən. Xoş duyğuları elektron poçtla ünvanladım. Yazdı ki, sağ ol, amma bildirmədi həmin gün Avropa Azərbaycanlıları Konqresi bu qitədə Azərbaycan həqiqətlərinin tanıdılması və lobbiçilik istiqamətində ardıcıl fəaliyyətinə görə onu-AAK-ın vitse-prezidentini konqresin “Xatirə Medalı” ilə təltif edib.

İndi AAK-ın rəhbəri Sahil Kərimovun Brüsseldən “Vətən” Cəmiyyətinin  sədrinə ünvanladığı məktubun və medalın şəkillərinə baxıb iftixar hissi keçiririk.

Səfər müəllim belə mükafatlara layiq olduğunu 2001-ci ildən bəri yaşadığı Danimarkada yaratdığı “Vətən” Cəmiyyətinin fəaliyyəti ilə sübut edib. Bu qurumu milli diasporumuzun avanqard təşkilatlarından birinə çevirib. Təsadüfi deyil ki, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidentliyinə irəli çəkilib.

Azərbaycan Demokrat Firqəsi xatirələrdə yaşayan mübariz bir insanın-Məmi Sadiqinin ənənələrinin layiqli davamçısı Səfər müəllimə təbriklərini yetirir, ona daha möhtəşəm uğurlar arzulayır.

Rəhim Hüseynzadə,
Azərbaycan Demokrat Firqəsinin sədri

Şərhlər bağlıdır.