AÇIQ ALIŞ-VERİŞƏ BAŞLADILAR

ABŞ İRANLA NEFT TİCARƏTİNİ BƏRPA EDİR - GÜNDƏLİK 36 MİN BAREL

İranın ABŞ-a 1991-ci ilin noyabrından bəri neft idxalının dayandığı rəsmən bildirilsə də gizli alış-veriş barədə kütləvi informasiya vasitələrinə ara-sıra informasiyalar sızmaqdadır. Deyəsən hər iki tərəf bu oyunlardan bezib.

ABŞ Enerji Nazirliyinin Enerji İnformasiya İdarəsinin yaydığı məlumata görə bu ölkə İrandan mart ayından neft idxalına başlayıb. Həmin ayda  gündəlik tədarük 33 min barel təşkil edib.

1991-ci ilin noyabrında isə tədarükün həcmi gündəlik 64 min barel olmuşdu.

Eyni zamanda, 2020-ci ilin oktyabr ayında ABŞ İrandan gündəlik 36 min barel həcmində neft məhsulları idxal edib. Bu tədarüklər ən azı 1991-ci ilin dekabrından bəri ilk dəfə həyata keçirilib.

1988-ci ilin yanvarında İran ABŞ-a gündəlik 1000 barel neft və neft məhsulları tədarük edib, bundan sonra idxal 1991-ci ilin iyuluna qədər dayandırılıb.

Rəsmi statistikada 2002-ci ilin sentyabrından 2020-ci ilin sentyabrına qədər İrandan neft və neft məhsullarının tədarükü ilə bağlı məlumatlar yoxdur.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.