PKK-PEŞMƏRGƏ SAVAŞI BAŞLADI: 5 KÜRD HƏRBÇİSİ OLDÜRÜLDÜ

Şimali İraq Kürd Muxtariyyətinin rəsmisi Sərbəst Ləzgin peşmərgə qüvvələrinin onları hədəfə aldığı barədə rəsmi açıqlama verib.

O, PKK-nın Duxokun Amədi qəsəbəsində peşmərgə qüvvələrinə tələ qurduğunu bildirib. Ləzgin hücumda 5 kürd hərbçisinin öldüyünü, ikisinin də yaralandığını deyib.

Açıqlamada qeyd olunur ki, Şimali İraq əhalisinə qarşı bu əsassız hücumlar son 30 ildir davam edir. Bu, mülki əhaliyə əziyyət verir və yüzlərlə kəndin yenidən qurulmasına maneçilik törədir.

İraq Kürd Regional Rəhbərliyi PKK-nın peşmərgə qüvvələrinə hücumu ilə bağlı açıqlamasında bildirib: “PKK ölkəmizin və xalqımızın dincliyi və sabitliyi üçün təhdid və təhlükələr yaratmağa davam edir.

PKK Kürdüstan bölgəsinin rəhbərliyinə və suverenliyinə hörmət etməli, bu bölgəni qonşu ölkələrə hücumlar təşkil etmək, sülhü və sabitliyi pozmaq üçün baza olaraq istifadə etməməlidir”.

Nazim

Şərhlər bağlıdır.