PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN 2-Cİ DEBATINDAKI VƏDLƏRDƏN

ƏMİRHÜSEYN KABİNETİNİ YALNIZ QADINLARDAN QURACAQ

İran prezidentliyinə namizədlərin iyunun 8-də keçirilmiş teledebatı maraqlı və müəmmalı vədlərlə yadda qalıb. Əmirhüseyn Qazizadə Haşimi isə lap gül vurub. O vəd edib ki, prezident seçilərsə kabinetini bütünlüklə qadınlardan təşkil edəcək.

Bu vəd namizədlər arasında qadınların cəmiyyətdəki rolu barədə müzakirələr apararkən səslənib. Təbiidir ki, burada məqsəd İranda heç də addımbaşı pozulan qadınların hüquqlarını sayğılı yanaşmadan getmir. Bunun üçün gərək ilk növbədə konstitusiyanın maddələrinə əl gəzdirilə. Rejim isə bunu heç vaxt etməyəcəkdir. Məsələ burasındadır ki, qarşıdakı seçkidə seçici fəallığının 28-40 fazi arasında olacağı gözlənilir. Bu sıranı genişləndirmək üçün ən passiv kateqoriya sayılan qadınların həvəsləndirilməsidir. Əmirhüseyn Qazizadə Haşimi isə namizəd həmkarlarından daha çevik tərpənib. Söz verib ki, prezident seçilərsə kabinetinə yalnız qadınları daxil edəcək.

İran tarixi hələ elə bir dövlət rəhbəri tanımır ki, kabinetinin heç olmasa beşdə birini qadınlardan təşkil etsin.

Azerbaycan-ruznamesi.org   

Şərhlər bağlıdır.