İranda 18 iyunda keçiriləcək 13-cü çağırış prezident seçkiləri ilə əlaqədar seçkiöncəsi sorğunun nəticələrinə əsasən, mühafizəkarlar cərəyanından İbrahim Rəisi öndədir.
Azerbaycan-ruznamesi.org Trend-ə istinadən bildirir ki, bu, İran Tələbələri Seçki Mərkəzinin (Iranian Students Polling Agency) 30-1 iyun arasında keçirdiyi sorğu ilə müəyyənləşib.
5,159 nəfər arasında keçirilən sorğuda respondentlərə 4 sual ünvanlanıb.
Qeyd edək ki, İranda prezidentlik uğrunda 7 namizəd – Səid Cəlili (İranın Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi), İbrahim Rəisi (İranın Məhkəmə Sisteminin sədri), Möhsün Rzayi (İranın Məsləhət Şurasının katibi), Əlirza Zakani (sabiq deputat), Əmir Hüseyn Qazizadə Haşemi (İran parlamentinin sədr müavini), Möhsün Mehrəlizadə (İsfahan vilayətinin sabiq valisi), Əbdülnasir Hemmətidir (İranın Mərkəzi Bankının sabiq baş direktoru) rəqabət aparır.
Ölkədə prezidentlik uğrunda mühafizəkarlar cərəyanının 5 namizədi və islahatçılar cərəyanının 2 namizədi rəqabət aparır. İranda seçkiqabağı təbliğat-təşviqat kampaniyası iyunun 16-dək davam edəcək.
Bölgü əsasında 31 vilayət, 450 rayon var. Ölkədə 13-cü çağırış prezident seçkilərində 59,3 milyon seçici iştirak edə bilər.
Şərhlər bağlıdır.