AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN 15 İYUN QURTULUŞ GÜNÜ MÜNASİBƏTİ İLƏ AZƏRBAYCAN XALQINA TƏBRİKİ

24 il əvvəl müstəqil Azərabaycan Respublikasının əlamətdar günləri sırasına daha biri əlavə olundu-Milli Qurtuluş Günü. Ilk vaxtlar heç də birmənalı qarşılanmayan bu bayram ötən müddətdə məntiqliyini, həyatiliyini sübut etdi. Bunlar qlobal sahələrdəki görkəmli uğurlarla təstiqini tapdı.

Yəni dağılmış ölkə iqtisadiyyatı bütün sahələrdə bərpa olundu. Xüsusilə yanacaq-energetika üzrə əldə edilən bəşəri uğurlar Azərbaycanın beynəlxalq bazarda sanballı yerini tutmasına, dünyəvi əlaqələrinin genişlənməsinə gətirib çıxartdı. Respublika dünyanın əksər nüfuzlu beynəlxalq təşkilatlarına üzv qəbul olundu. Mədəniyyət, incəsənət, idman, səhiyyə, quruculuq sahələrindəki möhtəşəm uğurlar respublikanın nüfuzunu ölkə hüdudlarından kənara daşıdı.

Ordu quruculuğuna sərf olunan milyonlar özünü Azərbaycan ərazisinin erməni işğalçılarından azad edilməsində doğrultdu. Bütün bunlar onu göstərir ki, Qurtuluş Günü respublikanı həqiqətən qurtuluş yoluna çıxarıb. Azərbaycan Demokrat Firqəsi məhz həmin qlobal tərəflərini nəzərə alaraq xalqımızı, müstəqil respublikanın bütün sakinlərini Qurtuluş Günü münasibəti ilə təbrik edir. ADF əmindir ki, hələ xalqı və rəhbərliyini daha möhtəşəm qələbələr gözləyir.

Qurtuluş Gününün xüsusiyyətləri göstərir ki, Vətənin Güneyində də milli salnaməmizə belə bir günün yazılmasına mənəvi ehtiyac var. O gün mütləq bizlərin də qismətinə çıxacaq.

Azərbaycan Demokrat Firqəsi

Şərhlər bağlıdır.