HANSI DAHA MARAQLIDIR

Təbrizdə fars namizədin xalqla farsca, yoxsa azərbaycanlı namizədin azərbaycanca danışması? Hər ikisi boş vədlər verirdi. Elə qoy heç olmasa, bizi öz dilimizdə aldatsınlar, nəinki özgə dildə.

Fars, ayətullah Məhkəmə Hakimiyyətinin rəisi İbrahim Rəisi, yəni gələcək rəis-prezident iyunun 16-da Təbrizdə çıxış edərkən Azərbaycan deyəndə yalnız Şərqi Azərbaycanı nəzərdə tuturdu.

Bir dəfə də hətta AZƏRBAYCANLAR (yəni Qərbi və Şərqi Azərbaycanlar-V.M) ifadəsi işlətdi. Bir də dedi ki, Azərbaycan ədəbiyyatını qorumaq lazımdır, çünki onun zirvəsini məddahlıq(əhli beytə həsr olunmuş şerlər) təşkil edir.Fəxrlə bildirdi ki, farslar belə Azərbaycan dilini bilməsələr də, azərbaycanlıların mədhiyyə məclislərinə gedərək onlara böyük həvəslə qulaq asırlar. Buna cavab olaraq “anaj” saytı “xalqın” xalis Azərbaycan dilində səsləndirdiyi şüarı öz səhifəsində əks etdirib. “Azərbaycan BİR kəlam, Rəisi vəssalam”.

Vidadi Mustafayev

Şərhlər bağlıdır.