Kütləvi informasiya vasitələrində Almaniya kansleri Angela Merkelin Hitler Almaniyasının Sovet İttifaqına hücum etməsinin 80-ci ildönümü ilə bağlı müraciəti yayımlanıb.
Azerbaycan-ruznamesi.org xəbər verir ki, o, Almaniya dövləti və xalqı adından Sovet İttifaqına daxil olmuş xalqlardan çoxsaylı insane ölümləri, dağıntı və zərərə görə üzr istəyib.
“Bir neçə gün sonra, iyunun 22-si nasist Almaniyasının o zamankı Sovet İttifaqına hücum etməsinin ildönümüdür. 1939-cu ildə Almaniyanın Polşaya hücum etməsi ilə başlayan İkinci Dünya Müharibəsində 2 il sonra nasist rejimi daha bir dəhşətli səhifə açdı. Biz almanlar üçün bu gün utanc günüdür. Almaniya Federativ Respublikası nasist rejiminin cinayətlərinə görə məsuliyyəti üzərində saxlayır. Bu tarix unudulmamalıdır”.
Xatırladaq ki, Almaniya ilə döyüşlərdə 600 mindən çox azərbaycanlı Sovet Ordusu sıralarına qoşulub. Onlardan 300 mindən çox döyüşlərdə həlak olub.
P.S.
Almaniyanın 80 ildən sonra təcavüzə və milyonlarla insanın həlak olmasına görə SSRİ-yə daxil olmuş xalqlardan, o cümlədən azərbaycanlılardan üzr istəməsi məqbul haldır. Biz gözləyirik ki, xalqımıza müharibə dəhşətlərini yaşatmış, minlərlə həmvətənimizin, dinc sakinin həlak olması kimi bəşəri cinayət törətmiş qonşu ermənistanın rəhbərliyidə bütün azərbaycanlılardan üzr istəyəcək, kompensasiya ödəmək barədə qərara gələçəkdir.
Şərhlər bağlıdır.