Güney Azərbaycanın Qəzvin şəhərində irqçiliyə və ayırımçılığa etiraz olaraq, latın əlifbası ilə yazılmış Azərbaycan Türkcəsində plakatlar asılıb.
Firdovsinin adını daşıyan küçədə isə bu plakatın biri elə şovinizm baxışları ilə tanınan şairin boynuna keçirilib.
Dirəyə vurulmuş “Özgünlük verilmir, alınır” şüarı azərbaycanlıları öz hüquqları uğrunda daha əzmlə mübarizəyə səsləyir. Digər bildirişdə isə deyilir: “Stop rasizm!”. Bu isə insanları ayıq-sayıq olmağa, şovinizmə, milli ayrı-seçkiliyə qarşı mübarizəni əzmlə davam etdirməyə səsləyir.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.