O, bütün İranlı mühacirlərin və eyni zamanda yüzlərin hörmətini qazanmış fotoqraf Valeh Mikayılovun oğludur. Uşağlığında da görmüşük, atasına kömək edəndə də… Bu barədə indi ailənin təsəllisi olan üç medal, bir fəxri fərman və fotoşəkillər danışır.
Heç gümanımıza gəlməzdi ki, bu tərbiyəli, sakit təbiətli oğlanın sorağı Qarabağdan, döyüş bölgələrindən gələçək, igidlikləri dillər azbəri olacaq. İndi o, şəhidlik zirvəsinə yüksələrək valideynlərinə, dost-tanışlara, keçmiş döyüş yoldaşlarına şərəf gətirib.
Valeh Mikayılov üçün əlbəttə bu bir ata kimi ağır itkidir. Lakin hec vaxt gileylənmir, əksinə şəhid atası olması, Qarabağın düşmən tapdağından qurtulmasında övladının da canını-qanını əsirgəmədiyini vüqarla vurğulayır. Bu təvazökar insanın İcra hakimiyyəti, müxtəlif strukturlar söhbətlərini dinləməkdən, nikbin danışığından daim məmnun qalırlar.
Azərbaycan Demokrat Firqəsi “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad edilməsinə görə” medalları ilə təltif olunmuş, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin fəxri fərmanına layiq görülmüş Cəbrayıl Valeh oğlu Mikayılovla fəxr edir, və bildirir ki, bu, Mikayılovlar ailəsində “21 Azər” hərakatı ənənələrinin şanlı davamına daha bir əyani nümunədir.
Nadir
Şərhlər bağlıdır.