FÜZULİNİN “ƏNİSUL-QƏLB” QƏSİDƏSİ KİTAB HALINDA

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Ürək dostu, könül həmdəmi” adlı kitab işıq üzü görüb.

Kitabda Füzuli dühasının ən parlaq örnəklərindən biri olan “Ənisül-qəlb” qəsidəsinə filologiya üzrə fəlsəfə doktoru Vərağa Almaslı və ilahiyyatçı Arif Sərraf tərəfindən verilən şərhlər yer alıb. Nəşrdə orta əsrlərin ensiklopediyası da adlandırılan bu məşhur qəsidə beyt-beyt, misra-misra təhlil olunub, şairin köklü biçimdə bədii-estetik həllini verdiyi mətləblər çağdaş tədqiqat üsulları ilə geniş şəkildə açıqlanıb.

Kitabın elmi redaktoru və nəşrə hazırlayanı Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov, rəyçiləri isə füzulişünas alimlər Əzizağa Nəcəfzadə və Nəzakət Məmmədli, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoydur.

Aynurə

Şərhlər bağlıdır.