İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei höccətülislam Qulamhüseyn Möhsün Ejeini ali məhkəmənin sədri təyin edib.
Məlumatı “Mehr” agentliyi yayıb.
Əvvəllər bu vəzifəni İbrahim Rəisi tutub. O, iyunun 18-də keçirilən seçkidə prezident olub.
İran konstitusiyasına əsasən, 5 il müddətinə təyin olunur. Ancaq ali rəhbər onun səlahiyyət müddətini uzada bilər. Konstitusiyaya görə, ali rəhbər ali məhkəmənin sədrini bu vəzifəyə təyin və lazım gələrsə azad edir.
P.S: Beləliklə bir qəddarı digəri əvəzləyib. Həbslər, dar ağacları, edamlar… sıralanacaq.
Kiçik şərh
Müxalif ziyalıların mürtəd (dindən dönmə) olması haqqında fətva verərək qətllərini leqallaşdıran ayətullah Qulamhüseyn Möhsüni Ejeyi İran məhkəmə sisteminin sədri oldu.
Ümid
Şərhlər bağlıdır.