İran məhkəmələri “təkmilləşdirmə” mərhələsinə qədəm qoyub. Buna İransayağı “modernləşdirmə” də deyirlər. Elə qərarlar verirlər ki, bilmirsən şaqqanaq çəkəsən, yoxsa barmağını dişləyəsən. Məhkumu cəzalandırmağı yox, “doğru yola” gətirməyi əsas götürdüklərini dedikdə elə bilirsən məhkəmə sistemində də demokratikləşdirmə başlayıb.
“Hökumət əleyhinə təbliğat aparmaq” və “dini müqəddəsləri təhqir etmək”də günahlandırılan azərbaycanlı yazıçı Mehdi Səlimi haqqında verilən məhkəmə qərarından:
– Ayda bir dəfə olmaqla həftənin cümə axşamları Tehranın “şəhidlər” məzarlığını ziyarət etmək;
-Qum şəhərində keçirilən “insani həyat tərzi və həyəcanları kontrol etmək” kurslarında iştirak etmək;
-Tehranın İslami Mədəniyyət idarəsinin nəzarəti ilə dini düşüncə haqqında 120 səhifəlik tədqiqat əsəri yazmaq.
Şərhə dəyərmi?!
Ümid
Şərhlər bağlıdır.