İRANIN İKİLİ SİYASƏTİ:

ERMƏNİSTANA YARDIM, AZƏRBAYCANA İSƏ NARKOTİKA

İranın müstəqil Azərbaycan Respublikasının və təcavüzkar Ermənistana qarşı siyasətində ikili standartlar davam etməktədir. Çox təəssüf ki, bu siyasətdə hərəyə  layiq olduğu prizmadan yanaşma meili nəzərə çarpmır. Perspektivdə də buna ümid azdır. Belə ki, Ermənistana yardım göstərilməkdə, Azərbaycana isə müxtəlif yollarla narkotika göndərilməkdədir.

Pati adlanan kimyəvi narkotik vasitəni Azərbaycana İrandan daşıyırlar. Müharibədən öncə 130 manata satılan bu zəhrimarı indi 5-10 manata da almaq olur. İran bunu təkcə gizli ticarət naminə edir desək yanlışlıq olardı. Məqsəd daha çox fiziki və mənəvi ziyan vurmaq üçündür. Qiyməti ucuz edirlər ki, daha çox adam alsın və onları məhv edib ölkəmizə ziyan vursunlar. Niyə? Çünki erməni qardaşlarını müharibədə diz çökdürmüşük və İran da qardaşı Erməmistana dəstək olaraq Azərbaycanda “ağ ölüm” yayır.

Adında İslam sözü olan bir ölkənin Ermənistanın əlində oyuncağa çevrilib şərəfsizlik etməsinin səbəbi məlumdur. Amma biz cəmiyyət olaraq güclü olmalı və bu murdar İran narkotikindən qorunmalıyıq. Belə ki, 3 dəfə istifadə etdikdən sonra narkotikadan asılılıq yaranır və nəticədə insan məhv olub gedir. Yaxın günlərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə bu istiqamətdə geniş tədbirlərə başlanılacaq ki, bu da xüsusi əhəmiyyətə malikdir.

Pərvin Abışova,
tədqiqatçı jurnalist

Şərhlər bağlıdır.