Müəllif: Abdulla Əmir Haçımi Cavanşir
Tarix: 16 tir 1400-cü il (6 iyul 2021 ci il)
Nazir söz verdi ki, rəhbər İmam Xomenyinin dediklərini bir ildə həyata keçirəcəyik. O buyurmuşdu ki, insanın kəramətini, hörmətini yüksəldəcəyik. Milləti hər ehtiyacdan qurtaracağıq. Ev naziri Xosrov Şahi inqilabdan neçə ay keçmədən çıxışında söz verdi ki, bir ilin ərzində İranda yaşayan bütün evsizləri evlə təmin edəcəyik. İmam Xomeyni çıxışlarında buyurmuşdu ki, qaz, işıq, su pulsuz olacaq. O, İrana 15 il sürgündən sonra qayıdanda Tehran qəbirsanlığında inqilab yolunda şəhidlərin məzarın ziyarət edərkən dedi ki, Məhəmməd Rza Pəhləvi 37 il səltəni dövründə ancaq qəbirstanlıqları abad etdirmişdir. İranda yaşayan bütün əhali yekdilliklə 1979-cu il inqilabında bir sözlə Xomeyniyə inanırdılar, hətta İmam Xomeyninin təısvirini ayda görmək istəyirdilər. Heç təssəvvürlərinə də gəlməzdi ki, bu gün 42 il həmin inqilabdan keçsə də nə su, nə işıq, nə də qaz pulsuz olmayıb, heç pul ilə də tapmaq olmur. İşığı, qazı, suyu qaranlıq otaqda qara pişiyi axtarmaq kimi bir şeyə çevrilib. Bu gün 101 şəhərdə su problemi qırmızı xətti aşıb keçib. Qaz məsələsinə gəldikdə isə əlbəttə ki, Ermənistan qonşu bizdən vacib sayılır. İşıq məsələsinə gəldikdə məhşur qaranlıq dəlisinin hekayəsini xatırladır. İran xalqı elektrik nazirdən pul ilə də olsa işıq tələb edəndə deyir qaranlıq yaxşıdı. İşıq nəyivizə lazımdı. Görünür ki, nazir də qaranlıq dəlisidi. İnqilabdan çox çəkmədi ki, İran İraq müharibəsi başladı. 8 il davam edən iki müsəlman ölkəsinin arasında müharibə İran tərəfindən 1 milyondan artıq insan ölü, itkin və məlul oldu. O insanlar ki, 16 yaşıdan 35 yaşına qədər olan məmləkıətin güclü istehsal qüvvəsini təşkil edirdi. 1 milyon itki 5 milyon ailəni başsız qoydu. Onların gələcək taleyini məhv etdi. BMT-nin 908 ci qətnaməsi, müxalifətin etriazları sayəsində İran İraq müharibəsi məcburən dayandırıldı. Lakin 33 il bundan əvvəl yay fəslində on minlərlə həbsləri qətiləşmiş məhbuslar yenidən mühakimə olub, kütləvi surətdə qətlə yetirilirdilər. Azərbaycan Demokrat Firqəsinin sədr müavini Anuşirıvan İbrahimi, Təbrizdə firqənin gəclər təşkilatından Məhəmməd Hüseyn Əmir Haşımi və jurnalist Mirvəhab Əfxəmi həmin qırğınıarın qurbanlarından idilər. Beləiklə inqilabın nəticəsində hakimiyyətə gələn ləyaqətsiz, səriştəsiz, bacarıqsız rəhbərlər cinayətkar şah rejiminin üzünü ağartdı. İş o yerə gəlib çıxdı ki, zindanlar siyasi məhbuslarla doldu. Bir dövrdə ki, edam hökmü bir çox ölkələrdə ləğv olunmuşdu, İranda isə ölüm hökmü noxud, lobya kimi cücərməyə başladı. Onların əlindən gələn ən yaxşı iş bu oldu. Mütəhimləri vəkilsiz, məhkəmsiz edam etdilər. Beynəlxalq hüquqların səsini qulaq ardına vurdular. Milyonlarla etriaz səslərə biganə qaldılar. Belə ki, bu gün İran adlanan ölkədə qadınları daşqalaq etmək, divar altına qoymaq, boyunların vurmaq, kisəyə salıb damdan tullamaq, dini və ilahi qanunlarını icra etmək kimi gündəlik bir məhkəmlərin işinə çevrilib. Hələ biz qisasdan, əl kəsmədən, göz çıxartmadan, diyə vermədən və digər orta əsrin vəhşicəsinə işgəncə metodlarına təşkil edən əməllərdən danışmırıq. Görəsən budurmu İranda yaşayan xalqları İmam Xomeyninin insanı kəramətə, hörmətə çatdıracağı? Bir sözdə deyib sizin başınızı ağrıtmayaq. Son vaxtlarda Ayatullah Xomenei xaricdə yaşayan disitentlərə üz tutaraq deyir. Durun gəlin İrana həbsə, işgəncəyə və ölüm hökmenə dözün. Günahlarınız yuyulsun, bu dünyadan günahsız gedin.
Hörmətli oxucular!
Aəyətullah Xamenei görəsən şizofreni xəsətəliyi var, ya da özünün yaradanın yerinə qoyur, Bilərəkdən diktorlara mənsub olan hiyləgərliklə məşğuldu. Və yaxud özün dəliliyə vurub.
Şərhlər bağlıdır.