1.MÜHAFIZƏKARLAR
Məlum olduğu kimi, 28 xordad 1400/18 iyun 2021- ci il tarixində İranda 13-cü dəfə prezident seçkiləri keçirildi və 8-ci şəxs prezident seçildi. Birinci, seçilib, qovulan (Ə.Bənisədr-1980-1981)ikinci, seçilib, partladılan/terror edilən(M.Rəcai-1981) və yeddinci, seçilib axıracan vəzifəsini yerinə yetirmiş(M.Əhmədinejad 2005-2013) üç mülki/texnokrat prezident istisna omaqla, qalan beşi, o cümlədən sonuncu seçilən prezident (İ.Rəisi) ruhani təbəqəsinin elita qrupunu təmsil edirlər. Ali Rəhbərliyin və Məhkəmə hakimiyyətinin Əsas qanuna əsasən ruhani təbəqəsinin inhisarına verilməsini nəzərə alsaq, həmin təbəqənin İcra hakimiyyətinə də nəzarət etməkdə maralı olduğunu başa düşmək olar. Ruhanilər birinci və ikinci çağırış parlamentdə kürsülərin əksəriyyətinə nail olsalar da, sonra hakimiyyətin Qanunvericilik qolunda əksəriyyət təşkil etməyə marağı itirmişlər. Ruhani elita da uzun müddət parlamentə rəhbərlik etdikdən(1980-2004) sonra həmin sahədə rəhbərliyi mülki (2 nəfər) və keçmiş Sepah generalına təhvil veriblər. Beləki, 11 çağırış məclisə cəmi 6 nəfər başçılıq edib. Bunlardan birinci üç nəfər ruhani, sonuncu üç nəfər isə texnokrat/mülki şəxslərdir. Sonuncu, altıncı şəxs 1 ildən bir qədər çoxdur ki, məclisə başçılıq edir.
Hakim elita daxilindəki qruplaşmaların hakimiyyətin icra və qanunvericilik qollarına nəzarət uğrunda mübarizəsi 1997-ci ildən başlayaraq islahatçılar və mühafizəkarlar arasında mübarizə kimi təqdim edilir. 1997- ci ildə prezident seçkilərində islahatçı adlanan qüvvələrin nümayəndəsi, 2005- ci ildə neokonservatorların nümayəndəsi, 2013- cü ildə islahatçılara yaxın mərkəzçi/mülayim qüvvələrin nümayəndəsi, nəhayət 2021-ci il seçkilərində mühafizəkarların nümayəndəsi prezident seçildi. Məhz sonuncu prezident seçkiləri İran rəhbəri tərəfindən “bir dastan)həmasə” adlandırıldı. Rəhbər seçkidə İran millətinin qalib gəldiyini və düşmənin məyus olduğunu vurğladı.
Seçkidə İran millətinin qələbəsinə qısa statik baxış nə göstərir?
İranda sonuncu prezident seçkisində 59 milyondan çox vətəndaşın (59 310 307) səsvermə hüququ vardı. Səsvermədə 29 milyona yaxın (28 650 505) vətəndaş iştirak etmişdir. Yəni rəsmi məlumata görə seçkidə iştirak 50%-dən az olmuşdur. Digər ölkələrlə müqyisədə bu o qədər də pis rəqəm deyil. Amma İran seçicilərinin seçkidə bir qayda olaraq fəal iştirakını nəzərə alsaq, səsvermə hüququ olanların yarıdan çoxunun seçkidə iştirak etməməsini, hakimiyyətin seçki siyasətinə mənfi münasibətinin göstəricisi kimi dəyərləndirmək olar.
Seçki haqqında yekun məlumatda göstərilir ki, seçki qutularında 4 milyona yaxın (3 740 688) etibarsız səsvermə bülletini qeydə alınmışdır. Həmin hadisəni də seçkiyə “qutudaxili etirazı” adlandırmaq olar, çünki bəzi məlumatlar göstərir ki, bir sıra bülletendə namizədə səs vermə əvəzinə, xarici ölkələrin prezidentlərinin adlarını qeyd etmişlər. Həmin ədədi seçkidə iştirak edənlərin sayından çıxdıqda (28750736- 3740688=25010048) seçkilərdə normal iştirakçıların, yəni öz səsini müəyyən namizədə verən vətəndaşların sayı haqqında təsəvvür əldə etmiş olarıq. Bura həmçinin seçki qutularından kənarda etibarsız hala gətirilmiş 100 min bülleteni də əlavə etsək, millətin, yəni seçkidə iştirak edənlərin yaratdığı dastan haqqında düşüncələrimizi dəqiqləşdirə bilərik.
Beləliklə, seçkilərdə cəmi 24 909 817 (etibarlı bülletenlərin sayı) nəfərin iştirak etdiyini deyə bilərik ki, bu da səsvermə hüququ olanların cəmi 42%-dən bir qədər çoxunun seçkidə iştirak etməsi deməkdir. Lakin həmin faiz məsələsi də əsas deyil. Səsvermədə bundan az seçici iştirak edən çoxlu sayda ölkənin adını qeyd etmək olar. Əsas məsələ hakimiyyətin islahatçı adlanan qüvvələrin tanınmış nümayəndələrinin prezidentliyə namizəd kimi qeyd edilməsinə imkan verməməklə sıravi islahatçıların səsvermədə iştirakının dolayısı ilə qarşısını almasıdır. Belə ki, islahatçıların prezidentliyə yeganə namizədi hesab olunan Ə.Himməti səslərin 8%-dən bir qədər çoxunu qazanıb.
Seçkilərə mühəndislik edən və Mərkəzi Seçki komissiyası funksiyasını yerinə yetirən Nəzarət Şurasıbın (Şuraye negəhban) təsdiq etdiyi sonuncu nəticələr belədir:
İ.Rəisi – 62.16%;
M.Rezai – 11.86%;
Ə.Himməti – 8.42%;
H.Qazızadə – 3.46%
Seçkidə iştirak edən prezidentliyə üç namizədin (İ.Rəisi, M.Rezai və H Qazızadə) Mühafizəkar cəbhəsini təmsil etdiyini nəzərə alsaq, onların səslərin 91.58% -ni əldə etdikləri aydın görünür. Belə görünür ki, İranda millətin fəal hissəsi və ya fəal əksəriyyəti sırf mühafizəkarlardan ibarətdir.
Deməli, mühafizəkar millət mühafizəkar rəhbərlik üçün, onların könlünü şad edən bir dastan yaratmışdır.
İlk baxışda İranda sıravi islahatçıların, demək olar ki, olmaması təssəvvürü mühafizəkar hakimiyyətin uğurlu daxili siyasətinin nəticəsidir, yoxsa İslahatçıların islahatçı olmaması ilə bağlıdır?
ARDI BAR…
Şərhlər bağlıdır.