VİDADİ MUSTAFAYEV YAZIR: İRAN İSLAM RESPUBLİKASINDA SEÇKİ “DASTAN”I

DAVAMI..

 

 2.İSLAHATÇILAR 

 

Seçkiləri, o cümlədən prezident seçkilərini Rəhbərlik adından təşkil və idarə edən  fəqih (ruhani ) üzvləri (12 nəfərdən 6 nəfəri) Rəhbər tərəfindən təyin edilən ali orqan olan Nəzarət Şurası (Şuraye Negəhban) 13- cü prezident seçkilərində mühafizəkarların əsas nümayəndəsi olan və son bir neçə ildə Məhkəmə Hakimiyyətinin sədri (İranda Ali Məhkəmənin sədr və Baş Prokurordan yuxarıda duran və onları vəzifəyə təyin edən  Məhkəmə Hakimiyyəıtinuin sədri vəzifəsi də mövcuddur) işləyən ayətulla İbrahim Rəisinin qalib gəlməsi üçün bütün “təşkilati” işləri yüksək səviyyədə yerinə yetirmişdir. Qələbənin heç bir şübhə doğurmaması və ya seçkilərdə gözlənilməz hadisələr baş verməməsi üçün islahatçı adlanan qüvvələrin az-çox tanınmış nümayəndələrinin prezident seçkilərində iştirak etməsinin qarşısını almışdır. Həmin məqsədlə seçki marafonunun başlamasından bir neçə gün əvvəl (06.05.2021/16.02.1400)  prezident seçilmək istəyən iddiaçıların qeydə alınması üçün yeni şərtlər elan etdi. Həmin şərtlər iddiaçıların dairəsinin hakim elita ilə məhdudlaşdırılmasına xidmət edirdi. Seçkilərin keçirilməsini təşkilati-icra baxımından təmin edən  hökumətin başçısı prezident H.Ruhani  prezident aparatının hüquq şöbəsinin rəyinə əsaslanaraq  Nəzarət Şurasının (NŞ) son qərarını qeyri-qanuni elan edərək prezidentliyə namizədlərin həmin vaxta qədər  mövcud olan qaydalara əsasən qeydiyyata alınması barədə göstəriş verdi. Seçki qanununa əsasən 21 ordibeheşt 1400/11 may 2021-ci il tarixindən başlayaraq 5 gün ərzində Daxili İşlər Nazirliyi tərəfindən  təşkil edilən seçki komissiyası tərəfindən namizədlərin qeydə alınması həyata keçirilməli idi.

Hökumət NŞ –nın öz səlahiyyətini aşdığını, onun qanun qəbul etmək səlahiyyəti olmadığını, həmin orqanın yeni qərarının məclis tərəfindən qanun halına salınmasının  vacibliyini vurğulayırdı. Nəzarət Şurasının nümayəndəsi həmin qurumun qərarının qanuni olduğunu və qeydiyyatın həmin qərar əsasında aparılmasının vacib olduğunu vurğuladı. Qeyd etmək lazımdır ki, hökumətin mövqeyi cəmiyyətdə,  xüsusən islahat cəbhəsində, bir iki nəfər istisna olmaqla, heç bir dəstək görmədi. Başqa sözlə, islahatçılar hökumətin mövqeyindən istifadə edərək daim səlahiyyətlərini aşmaqda tənqid etdikləri Nəzarət Şurasına qarşı çıxmaqdan çəkinərək onun mövqeyinin zəiflədilməsi üçün heç bir addım atmadılar. Bununla islahatçılar əsas rəqibləri hesab edilən mühafizəkarlara qarşı mübarizə aparmaq iddiasında olmadıqlarını  əyani şəkildə nümayiş etdirdilər. Daxili işlər nazirliyi (DİN) prezidentliyə iddiaçıların əvvəlki qaydada  qeydiyyatını davam etdirdi. Nəticədə 21 ordibeheşt 1400/11 may 2021-ci il tarixəndə başlayan və  5 gün  davam etmiş qeydiyyat mərhələsində DİN komissiyası tərəfindən 592 nəfərin namizədliyi qeydiyyata alındı.

İslahatçıların qeydiyyat günlərində siyasi fəallığı haqqında nə demək olar?

İslahatçılar cəbhəsinə daxil olan təşkilatlardan biri, Haşımi Rəfsəncaninin prezidentliyinin ikinci dövrünün sonuna yaxın(1995)16  nazir və yuxarı rütbəli məmurlardan təşkil edilmiş və sonra nisbətən böyümüş  Quruculuq Məmurları/Kargozarane sazəndegi partiyası hesab edilir. Hərçənd bəziləri həmin təşkiatı islahatçı hesab etməsə də, ona yaxın siyasi qüvvə hesab edirlər. Həmin təşkilat H.Rəfsəncaninin siyasi nüfuz və mövqeyini qorumaq, onun yenidən prezident seçilməsinə zəmin yaratmaq üçün təsis edilib, fəaliyyət göstərmiş və hakimiyyət uğrunda mübarizədə tədricən islahat cəbhəsinə yaxınlaşmış və Haşımi Rəfsəncaninin siyasi karyerası önündə maneələr yaradıldığından isahatçıları müdafiə etməklə məşğul olmuşdur. İslam inqilabının ən fəal təşkilatçılarından, teokratik rejimin formalaşması və möhkəmlənməsində  misilsiz rol oinayan Haşimi Rəfsəncanininin islahat cəbhəsinə keçməsi və  bəziləri tərəfindən əsas islahatçılardan biri hesab edilməsi, onun daxili əqidəsi və mövqeyinin sabitliyi ilə deyil, siyasi sistemdə daim geniş təsir gücünü özündə saxlamaq məqsədi ilə izah edilə bilər. Hər halda onun yaratdığı partiya fəaliyyətini davam etdirmiş və maraqlıdır ki, H.Rəfsəncaninin  siyasətlə məşğul olan övladları da mühafizəkarlar qarşısında qərar tutmuşlar.

Prezident seçkilərinə start verilməzdən çox əvvəl mühafizəkar və islahat cəbhəsi bütövlükdə və onlara daxil olan partiya və siyasi təşkilatlar ayrı-ayrılıqda prezidentliyə namizədlərini müəyyən etmək sahəsində hazırlıq işləri aparır və əhalinin münasibətini müəyyən etmək üçün hətta vaxtından əvvəl öz namizədlərini elan edirdilər. Bu baxımdan islahat cəbhəsi və ona yaxın siyasi partiya və qurumlar da istisna deyildi.

Prezidentliyə namizədlərin adları hələ İranda köhnə ilin sonlarında( 1399/20 mart 2021-ci ilə qədərki dövr) səsləndirilməyə başlanmışdı.

25.12.1399/15.03.2021 Quruculuq  kargüzarları /karqozarane sazəndegi partiyasının üzvü: bizim son namizədimiz Möhsün Haşimidir. Möhsün Haşımi Rəfsəncani Ə.H.Rəfsəncaninin oğludur, islahatçı və mötədil (liberal) siyasətçi kimi tanınır və seçki ərəfəsində Tehran Şəhər şurasının sədri idi.

Həmin günlərdə Rəhbər islahatçıların tanınmış simalarından olan Həsən Xomeyninin  prezidentliyə öz namizədliyini irəli sürməməsini məsləhət görmüş və H.Xomeyni bununla razılaşmışdır. Başqa sözlə, islahatçı xadim mühafizəkar hakimiyyət üçün problem yaratmamağı məsləhət bilmişdir.

İslahat cəbhəsi mühafizəkar hakimyyətin seçkiləri idarə edəcəyini və lazım bildiyi namizədin seçilməsini təmin etməyə səy göstərəcəyini yaxşı bilirdi. Ona görə qabaqcadan həmin meylə qarşı mübarizə aparmağın “vacib” olduğunu vurğulayırdı.

23.03.2021/03.01.1400-cü il  tarixində “irna “  saytında “1400-cü ilin seçkilərinin 11-ci parlament seçkiləıri/2020/ kimi keçirilməsinə imkan verməyək” adlı yazı yayımlanmışdır.

Əlavə etmək lazımdır ki, Nəzarət Şurası səlahiyyətlərinin təsdiq edilməsi imkanından istifadə edərək  islahatçıların 11–ci parlament seçkilərində iştirakının qarşısını almış və nəticədə mühafizəkarlar parlamentdə əksəriyyətə nail olmuşlar.

26.03.2021/06.01.1400-cü il tarixində qeyd edilirdi ki, M.R.Arif islahatçıların namizədi hesab olunur.

Məhəmməd Rza Arif S.M.Xatəminin prezidentliyinin  birinci dövründə (1997-2001) Rabitə naziri, ikinci dövründə (2001-2005) birinci vitse-prezident olmuş, 2013-cü il prezident seçkilərində səsverməyə bir-neçə gün qalmış S.M.Xatəminin məsləhəti ilə namizədliyini geri götürmüşdür. Həmin addım həm hakimiyyəti, həm islahatçıları qane edən H.Ruhaninin prezident seçilməsinə dəstək kimi qiymətləndirilə bilər.

2016-cı il X çağırış parlament seçkilərində deputat seçilsə də, islahatçıların ən nüfuzlu nümayəndəsi hesab olunsa da, spiker seçkisində Ə.Laricaniyə məğlub olmuş və islahatçılar arasında hərtərəfli dəstəyə malik omadığını dərk etmişdir. Ona görə də məclisdə “Omid” fraksiyasının sədri olsa da, passivlik nümayiş etdirmiş və həmcəbhəçiləri tərəfindən tənqid və  tənəyə məruz qalmışdır. Yəqin həmin səbəbdən M.R.Arif XI çağırış parlament seçkilərində iştirak etməmişdir. Ona görə  M.R.Arifin prezident seçkilərində iştirak edəcəyini güman etmək doğru olmazdı. M.R.Arif islahat cəbhəsinin ən hörmətli nümayəndəsi, eyni zamanda siyasi fəal olmayan, siyasi passiv  rəhbərlərindən biri idi. M.R.Arif də digər tanınmış islahatçılar kimi, hakimyyətə inteqrasiya olunmuş şəxslərdən biri idi. Belə ki, o ölkədə  mədəniyyət sferasında (xüsusən təhsil) siyasəti birbaşa müəyyən edən Ali Mədəni İnqilab Şurasının üzvüdür. Ali Mədəni İnqilab Şurasının qərarları qanun qüvvəsinə malikdir və qəbul edilən kimi heç bir qurum tərəfindən təsdiq edilmədən icra olunur. Bundan əlavə o, Məsləhət Şurasının (Parlament ilə Nigəhban Şurası arasında fikir ayrılığı sahəsində arbitr funksiyası yerinə yetiri) üzvüdür.

28.03.2021/08.01.1400-cü il tarixində “Mərdomsalari” partiyası (Xalq hakmiyyəti /Demokratik/partiyası): ”Kəvakibiyan prezidentliyə namizəd olsun”. Siyasi fəaliyyəti bir neçə dəfə deputat olması ilə məhdudlaşan islahatçı  Mustafa Kəvakibiyan  həmin partiyanın Baş katibi və “İslahat Xalq koalisiyası”nın sədridir.

17.04.2021/28.01.1400- ci il tarixində Təbrizdən deputat,  islahatçı Məsud Pezeşkiyanın  prezidentliyə  namizəd olacağı fikri qeyd edilir. Qərbi Azərbaycanın  ancaq  kürdlər yaşayan Mahabad şəhərində anadan olmuş M.Pezeşkiyan 2001-2005- ci illərdə Səhiyyə naziri olmuş, sonra deputat kimi fəliyyət göstərmiş və  2016-2020- ci illərdə vitse-spiker olmuşdur. Vitse-spiker olmaq üçün Türk deputatlarının dəstəyini qazanmaq məqsədi ilə türk regionlarından olan deputatların fraksiyasını (“türk fraksiyası”) təşkil etmiş, lakin parlamentdə qeydiyyata alınmamışdır. Əksinə İranda bütün anti-türk, panfarsist qüvvələr türk ideyası, türklük, onların qanuni hüquqlarına qarşı geniş cəbhədə mübarizəyə başlamışlar. Başqa sözlə,  qeyri-ixtiyari belə görünsə, anti-türk qüvvələrin birləşməsinə təkan vermişdir.

18.04.2021/29.01.1400-ci il tarixində islahatçıların əsas ümidinin  Əli Laricani (keçmiş spiker, prezident olmaq xatirinə 11-ci parlament seçkilərində /2020/ iştirak etmədi) olduğu vurğulanır.

Ə.Laricani mühafizəkar kimi tanınır, amma nədənsə islahatçıların nümayəndəsi kimi qeyd edilir. O daim hakimyyət strukturlarında müxtəlif vəzifələri yerinə yetirmişdir. 1989-1992- ci illərdə Sepahın Birgə Qərargah rəisinin müavini olmuş, 1992-1993-cu illərdə İslam İrşad naziri olmuş ,1993-2004- cü illərdə R/Tv nin rəisi,2005-2007-ci illərdə Ali Milli Təhlükəsizlik Şurasının katibi, 8-10-cu çağırış (2008-2020=12 il ) məclisin spikeri işləmiş və prezidentlik iddiasında olduğu üçün 11-ci çağırış parlament seçkilərində iştirak etməişdir. Ə.Laricaninin bioqrafiyası onun qatı mühafizəkar olduğunu göstərir, çünki Sepah, İrşad nazirliyi və xüsusən bütün zamanlarda islahatçıların ən qatı əleyhdarı olan R/Tv rəhbərliyini ancaq mühafizəkar idarə edə bilərdi. Digər tərəfdən onun bioqrafiyası və haqqında digər məlumatlar göstərir ki, əslində o, nə mühafizəkar, nə də islahatçı yox, yaxşı funksioner olmuşdur və ona həvalə edilən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışmışdır. Odur ki, sonuncu prezident seçkilərində hakimyyət istəsə, islahatçı rolunda çıxış edə bilərdi. Yəqin buna görə islahatçılar onu öz namizədləri kimi görmək istəyirdilər.

Ə.Laricaninin mövcud siyasi sistemə loyallığı/sədaqəti onunla müəyyən olunurdu ki, həmin sistemin sayəsində təkcə özü yox, həm də digər qardaşları hakim elitaya daxil olub orada möhkəmlənmişlər.

Xüsusən  4 qardaşdan biri olan Sadiq Larıcani 10 il ərzində (2009-2018) Məhkəmə hakimiyyətinin rəisi olmuşdur. 2018-ci ildən Məsləhət Şurasının sədri və  Nəzarət Şurasının fəqih (6 fəqihdən  biri) üzvüdür.

25.04.2021/5.02.1400 –cü il tarixində  Mustafa Taczadə  – Xatəmi hökumətində (1997-2005) DİN-in siyasi işlər üzrə müavini, 2009-cu il iğtişaşlarının səhəri günü  həbs edilib, 9 ay həbsdə yatdıqdan sonra girov müqabilində, hökm elan edilmədən   azad edilib,  prezidenliyə namizədliyini irəli sürüb.

26.04.2021/06.02.1400-ci il tarixində qeyd edilirdi ki, Məhəmməd Rza Arif və Məsud Pezeşkiyan islahat cəbhəsinin əsas namizədləridirlər.

28.04.2021/8.02.1400-cü il tarixində islahatçılardan daha 4 nəfərin adları qeyd edilir. Həmin şəxslər cəmiyyətdə o qədər də nüfuzlu şəxslər deyillər.

08.05.2021/18.02.1400-cü il tarixində isə göstərilir ki, islahatçıların prezidentliyə namizədi yoxdur. Yəqin cəmiyyət miqyasında tanınmış şıxslər nəzərdə tutlurdu.

11.05.2021/21.02.1400-cü il tarixində (həmin gündən prezidentliyə iddiaçıların qeydiyyatı başlanmışdı) Xarici İşlər naziri M.C.Zərifin öz namizədliyini irəli sürməyəcəyinin qətiləşdiyi qeyd edilir. Qeyd etmək lazımdır ki bundan bir qədər əvvəl M.C.Zərifin audioyazısı yayılmış və orada xarici siyasətin müxtəlif qüvvələr tərəfindən əlaqələndirilməmiş formada həyata keçirildiyinə irad bildirilirdi. Həmin səs yazısı M.C.Zərifə qarşı geniş informasiya həmləsi üçün  bəhanə olmuş və bir çoxlarının qeyd etdiyi kimi, əslində səsyazısının faş edilməsindən məqsəd M.C.Zərifin prezidentlik iddiasından vaz keçməsinə məcbur etməyə hesablanmışdır. Deməli, həmin addım mühafizəkarlar üçün lazım olan nəticənin əldə edilməsini təmin etmiş oldu.

13.05.2021/23.02.1400-cü il tarixində, yəni  qeydiyyatın 3-cü günü

Möhsün Mehrəlizadə (keçmiş İsfahan ostandarı və 2001-2005- ci illərdə Prezidentin (S.M.Xatəmi) Bədən tərbiyəsi üzrə müavini olmuş) qeydiyyata alındı.

15.05.2021/25.02.1400-cü il tarixində yəni qeydiyyatın 5-ci, sonuncu günü

Ə.Laricanı və İ.Rəisi qeydiyyata alındıar. Həmçinin hazırki  vitse prezident İshaq Cahangiri, Əbdülnasir Himməti – Mərkəzi Bankın sədri, qeydiyyata alınıblar. Bundan əlavə islahatçı kimi təqdim olunan bir sıra şəxslərin (məsələn, adları yuxarıda qeyd edilmiş Mustafa Kəvakibiyan, Məsud Pezeşkiyan, Möhsün Haşımi Rəfsəncani və b.) də  qeydiyyata alındığı məlumdur. Siyahıdan göründüyü kimi, islahatçıların əsas namizədi hesab edilən M.R.Arif Seçki komissiyasına qeydə alınmaq üçün müraciət etməyib. Yəni islahatçılar, necə deyərlər, seçki mübarizəsində  sərkərdəsiz qalmalı oldular.

Səlahiyyətlərin yoxlanmağa başlanması günü (16.05.2021) Nəzarət Şurasının sözçüsü elan etdi ki, təqdim olunmuş 592 sənəddən yalnız 40-ı Nəzarət Şurasının seçkidən əvvəl müəyyən etdiyi şərtlərə uyğun olaraq təqdim edildiyindən yalnız onların səalahiyyətləri yoxlanacaqdır.

Yalnız 40 nəfərin səlahiyyətinin yoxlanacağının elan edilməsi  bəzi islahatçılar arasında narazılıqla qarşılandı. Onlardan  M.R.Arif, Məhəmməd Sadiq Xərazi, Faizə Haşimi, M.C.Zərif və başqlarınını adlarını çəkmək olar.

23.05.2021/02.03.1400-cü il tarixində namizədliyinin təsdiq olunacağına əmin olan əsas islahatçılardan hesab edilən, yuxarıda adı qeyd edilən M.Pezeşkiyan İlyas Həzrətini öz seçki qərargahının sədri təyin etdi.

İlyas Həzrəti  Şərqi Azərbaycanın Həştrud məntəqəsindəndir.  X-cu çağırış parlament seçkilərində (2016) “Omid” tərəfindən (Ruhanini dəstəkləyən qüvvələrin siyasi platforması) seçilmişdi. İslahatçı qəzetlərdən biri olan “Etemad” qəzetinin baş redaktorudur. Lakin XI çağırış parlamentə (2020) deputat  seçilə bilmədi.

Nəzarət Şurası  16.05.2021/26.02.1400 – 25.may 2021/4 xordad 1400-cü il tarixlərində, yəni 10 gün ərzində səlahiyyətləri yoxlayaraq, artıq məlum olduğu kimi 7 nəfərin (1.Səid Cəlili, 2.Möhsün Rezai  Mirqaid, 3.Seyid İbrahim Rəis əs-Sadati – Rəisi, 4.Əlirza Zakani, 5.Seyid Əmir Hüseyn Qazızadə Haşımi , 6.Möhsün Mehrəlizadə, 7.Əbdülnəsir Himməti ) səlahiyyətini təsdiq edərək onların prezident seçkilərində iştirak etməsinə icazə verdi.

Prezident seçkilərində ilk dəfə  olaraq hələlik yeni rekord hesab edilən sayda iddiaçının (keçən, 12-ci prezident seçkilərində – 1396/2017-ci ildə 1636 nəfər qeydə alınmışdı, 6 nəfər seçkiyə buraxılmışdı) seçkidə prezident kreslosu uğrunda mübarizə aparmasına icazə verilmişdi. 7 nəfərdən 5 nəfəri mühafizəkar, 1 nəfər (Möhsün Mehrəlizadə) islahatçı, 1 nəfər (Əbdülnasir Himməti) isə islahatçılara yaxın olan qüvvələrin nümayəndəsi idi.

Səlahiyyətləri təsdiq edilənlərin siyahısı məlum olduqdan sonra həm daxildə, həm də xaricdə birmənalı şəkildə qeyd edilirdi ki, səlahiyyətlərin təsdiqi məsələsi elə düzülüb–qoşulubdur, ki mühafizəkar cəbhənin ən yüksək vəzifəli (Məhkəmə hakimiyyətin rəisi), yüksək dini dərəcəli (ayətulla), Rəhbərə coğrafi (Məşhəd) və dünyagörüşü baxımından yaxın olan şəxsin, İ.Rəisinin prezident seçilməsi təmin edilsin.

Həmin gündən başlayaraq prezident seçkilərinə bir gün qalmışa qədərki müddətdə (7 – 26 xordad 1400/29 may – 16 iyun 2021) prezidentliyə namizədlər təbliğat kampaniyası ilə məşğul olmuşlar.

 

İSLAHATÇILAR VƏ İSLAHAT  

 

İslahat cəbhəsini təmsil edən namizədlərin, islahatçı siyasi, digər təşkilatlar və sıravi islahatçıların təbliğat kampaniyası və islahatçı namizədlərə dəstəyin qısa şəkildə nəzərdən keçirilməsi islahatçı adlanan qüvvələrin cəmiyyətdə mövqeyi haqqında müəyyən təsəvvür əldə etmək üçün əhəmiyyətli hesab olunur.

25.05.2021/4 xordad 1400-cü il tarixi, səlahiyyəti təsdiq edilməyən Vitse prezident İ.Cahangiri: “Cümhuriyyət təhlükədədir, hamı səsvermədə iştirak etsin”.

O daha sonra demişdir: ”artıq üstümdən yük götürüldü (yəni təsdiq olunmadı-V.M). ”İranı İslah etmək Cəbhəsi”nin xahişi ilə namizəd olmuşdu.

”Ümid edirəm ki, sistemin Cümhuriyyəti [komponenti] ani siyasi maraqlara qurban verilməz. Cavanlar və siyasi fəalların, layiq olanların çoxunun,  siyasi cərəyanların, xüsusən islahatçıların səlahiyyətinin rədd edilməsini geniş iştirak və meyyllərin  ədalətli rəqabəti üçün ciddi təhlükə hesab edirəm. Heç kim belə siyahı gözləmirdi”.

Məsləhət Şurası  Araşdırmalar institunun müdir əvəzi: “Bu siyahı Rəisinin də ziyanınadır.” Hökumətə tərəfdar olan ən zəif şəxsi də siyahıya salmayıblar”.

Məsləhət Şurasının (M.Ş.) rəisi, prezidentliyə əsas iddiaçılardan biri hesab olunan Ə.Laricanin qardaşı, Nəzarət Şurasının fəqih üzvü, ayətulla S.Laricani  də siyahını  kəskin tənqid etdi.

MŞ sədri: ”Təhlükəsizlik qüvvəsinin təsiri ilə N.Ş. belə qərar qəbul etdi. İndiyə kimi nə rəddi, nə təsdiqi bu qədər qərəzli görməmişdim, ona görə nə onu, nə bunu dəstəkləyə bilmərəm”.

Səlahiyyəti təsdiq edilməmiş Ə.Laricani: ”Hamı səsvermədə iştirak etsin”.

İslahat Cəbhəsinin sözçüsü: ”Bizə seçkilərdə fəal iştirak etməyə imkan vermədilər”.

Göründüyü kimi həm islahatçılar, həm də mühafizəkar cəbhənin bəzi nümayəndələri Nəzarət Şurasının qərarından narazı olduqlarını bildirmişlər. Həmin məsələdə mühafizəkarların nə dərəcədə səmimi olduğu haqqında bir söz demək çətin olsa da, islahatçıların narazılığı daha çox küskünlük ifadəsi təsiri bağışlayırdı və onların həmin ədalətsizliyin aradan qaldırılmasına yönəlmiş çağırış və addımları gözə dəymirdi.

İslahat cəbhəsinin  nümayəndələri hesab olunan namizədlər:

 

  1. Möhsün Mehrəlizadə, “irna”da ensiklopediya rubrikasında əsas islahatçı namizəd kimi onun haqqında məlumat verilib:1335/1956-cı ildə Marağada dindar ailədə dünyaya gəlib, 1353/1974-cü ildə Təbriz universitetinin mexanika mühəndisliyi fakültəsini  bitirib, Tehran universitetində doktorluq diplomu alıb, İdman Federasialarından birinin prezidenti, Kiş Azad Zona İdarə heyətinin üzvü, Asiya Su Şirkəti  idarə heyətinin sədri ,1997-2001-ci illərdə Xorasan ostandarı, 2001-2005-ci illərdə prezident S.M.Xatəminin müavini, Bədən tərbiyəsi təşkilatının sədri,1396/2017-ci ildə İsfahan ostandarı, 1397/2018-ci ildə   pensiyaçıların ixtisara salınması kampaniyası zamanı  vəzifəsindən azad edilib.  Müharibədə iştirak etməyib,1364/1985 – 1369/1990-cı illərdə Ağır sənaye nazirinin müavini olmuş, müxtəlif iqtisadi-maliyyə qurumlarında  rəis və müavin işləyib, 2005-ci il  prezident  seçkilərində iştirak edib  və uduzub.

Həmin günlərdə  Şərqi, Qərbi Azərbaycan, Ərdəbil, Gilan,  Xorasan  deputatlarının dəstəyi  və prezident S.M.Xatəminin təklifi ilə seçkilərə qatılıb. Əvvəlcə Nəzarət Şurası səlahiyyətini rədd edib. Lakin  məsələyə (etiraz və şikayət) yenidən baxılma müddətində Rəhbərin hökmü ilə səlahiyyəti təsdiq edilib (belə bir siyasətçi istər islahatçı, istər… olsun RƏHBƏRƏ qarşı hər hansı bir addım atarmı-V.M.). Həmin il  seçkidə 4-cü olub.1394/2015-ci ildə deputat olmaq  istəyib, N.Ş.  səlahiyyətini təsdiq etməyib (çox qəribədir ki, N.Ş. deputatlığa  layiq bilmədiyi “islahatçı”nı prezidentliyə layiq bilmişdir. Belə məntiq yəqin ancaq İran İslam Respubliasında ola bilər-V.M.)

İslahatçıdır. Dəyişiklik/təhəvvül və ədaləti iqtisadiyyatın prioriteti hesab edir.

2. Əbdül Nasir Hümməti, Həmədanın Kəbudərahəng bölgəsindəndir, 1336)1957-ci ildə anadan olub, 23 yaşında (1359/1980) R/Tv xəbər departamentinin müdiri,1373/1994 R/Tv-də siyasi müavin, daha sonra ixtisası üzrə işləməyə başlayıb və 12 il ərzində İranda Mərkəzi sığorta idarəsinin rəisi olub, həmin sahədə qayda-qanun yaradıb. Sığortanı özəlləşdirib. 7 il Səna bankın İcraçı direktoru, 1392/2013-ci ildən Milli bankın sədri,1397/2018-ci ildən Mərkəzi bankın Baş direktoru vəzifəsində işləyib. Beynəlxalq Sığorta təşkilatının sədridir. İqtisadiyyat sahəsində elmlər doktoru, Tehran universitetinin professorudur. İranın Özəl sığortasının “atası”adlandırılır. Hökumətlərin çoxunda  işləyib. İslahatçı, müstəqil  hesab edilir.

İslahatçı namizədlər N.Ş. səlahiyyət seçiminə narazılıq şəraitində təbliğat kampaniyası aparmağa məcbur idilər. Belə ki, 26.05.2021/05.3.1400-cü il tarixində  ”irna”-da “Rəhbər İran üçün hansı günü fəlakət hesab edir” adlı yazı yerləşdirilib. Yazıda  o cümlədən deyilir ki, səlahiyyətləri rədd edilənlər ETİRAZ etmədilər, amma hamı seçkidən (səlahiyyət məsələsində) narazıdır. Rəhbər də bundan çəkindirirdi. Legitimliyin meyarı əsasdır. Hökumətin iclasında Ruhani:”Tərəzi/mizan/ölçü xalqın səsidir. Hanı indi o referendum, onda 98% iştirak vardı. Səsvermədə iştirak edənlərin sayı seçkidən-seçkiyə azalır. Hökumət seçkini keçirəndir, amma N.Ş. karkası müəyyən edir. Mən Rəhbərə məktub yazdım ki,  baxsın, görsün, nə etsin ki, rəqabət artsın. Əsas rəqabətdir”.

İslahatçılıq və ölkənin son illərdə düşdüyü son dərəcə ağır sosial-iqtisadi vəziyyətə  görə geniş tənqid və təzyiqə məruz qalan hökumət seçkinin bərabər rəqabət şəraitində keçirilməsinin sistemin legitimliyinin əsas şərti hesab edir. Deməli, hökumət artıq adları elan edilmiş namizədlər şəraitində də seçkinin rəqabətli şəraitdə keçirilməsinə töhfə verə bilərdi. Lakin hadisələrin sonrakı gedişi hökumətin rəqabətli seçkidə maraqlı  olmadığını göstərdi.

Həmin tarixdə bir  nəfər deyirdi: ”İslahatçıların görkəmli şəxsiyyətlərinin 4%-dən çox səsi yox idi (yəqin parlament seçkiləri nəzərdə tutulur-V.M) necə deyə bilərlər ki, xalq seçkidən kənarlaşdırılıb”.

Kusəki soyadlı bir nəfər: ”İslahatçıların indiki hökumətin  səmərəsizliyi üzündən xalq arasında nüfuzu yoxdur. İnanmırlar ki, ÖZ namizədlərini DƏSTƏKLƏYƏRLƏR”.

Doğrudan da seçki kampaniyasının sonrakı gedişi islahatçı adlandırılan təşkilatların islahatçı kimi seçkidə iştirak edən namizədlərə mənfi münasibəti ilə xarakterizə olunurdu.

İslahatçı namizədlər bir tərəfdən mühafizəkarların hərtərəfli tənqid və təzyiqinə məruz qalır, digər dərəfdən bütün islahatçı liderlərin və təşkilatların nəinki etinasızlığı, hətta müqaviməti  ilə üzləşirdilər. Belə şəraitdə rəqabətdən dəm vurmaq riyakarlıqdan başqa bir şey deyildi.

Burada  mühafizəkarların son dərəcə geniş antiislahatçılıq  fəaliyyətindən yox, islahat cəbhəsinin islahatçı namizədlərə mənfi münasibətindən danışmaq daha məqsədə uyğundur.

Kimsə xəbər yaydı ki, İslahatçılar Cəbhəsi M.Mehrəlizadəni dəstəkləyir.

İslahatçıarın iki əsas namizədi vardı: Məhəmməd Rza Arif və Məsud Pezeşkiyan. M.R.Arif   qeydiyyatda iştirak etmədi. M.Pezeşkiyanın isə səlahiyyətləri rədd edildi.

27.05.2021/06.03.1400

Deməli,  İslahat Cəbəhəsinin M.Mehrəlizadəni dəstəkləməsi xəbəri saxta imiş və kimsə bunu onu nüfuzdan salmaq üçün edib.

Haşımitəba: ”İslahat cəbhəsinin Mehrəlizadəni dəstəkləməsi real görünmür, islahatçılar seçkiləri yalnız müşahidə edəcəklər, şansı yoxdur, bizim siyahıda birinci də deyildi. İslahat cəbhəsinin namizədi yoxdur”.

30.05.2021)09.03.1400

Hökumət: Himmətinin vəzifəsinə [MB sədri] seçkinin axırına kimi son  verilir, işdən azad edilir.

31.05.2021/10.03.1400

Xəbərlərdən görünürdü ki, islahatçı namizəd M.Mehrəlizadə islahatçıların dəstəyini qazanmaq üçün geniş fəaliyyətə başlamış və həmin məqsədlə “İslahatçılar arasında konsensus yaradan  qurum”a (Nehade Ecma Saziye eslahtələban – NASA) məktub yazmışdır. Həmin qurum 31 islahat partiyasını özündə birləşdirir.

NASA-nın sözçüsünün M.Mehrəlizadənin məktubuna cavabı: “İslahat Cəbhəsi –  31 islahatçı partiya və onun 15  tanınmış siyasi siması   bundan bir qədər əvvəl seçkilərlə bağlı fəaliyyətə başlamışdı. Cəbhə 14 nəfərlik  bir siyahını qeydiyyat üçün təklif etmişdi. M.Mehrəlizadənin adı o siahıda yox idi. İslahatçılar cəbhəsi hələ ki, onu dəstəkləmir”.

Məlum olduğu kimi, 2005-ci ildə də  İSLAHATÇILAR onu dəstəkləməmişdilər.

Qurumun sözçüsünün dediklərindən məlum olur ki, İslahat Cəbhəsi İSLAHAT İdeyası  üçün deyil, 14 nəfərin maraqları üçün çalışır. Bu fakt islahat və islahatçı terminləri arasında əlaqəni çox bariz şəkidə nümayiş etdirir. Deməli, islahatçı namizədlərin və bütövlükdə islahat ideyasının seçkilərdə  məğlubiyyəti vahid cəbhədə  birləşmiş mühafizəkarların fəaliyyəti ilə deyil, islahat cəbhəsi elitasının dar siyasi maraqları ilə təmin edilmişdi.

Həmin məsələ digər mərkəzi  informasiya-xəbər agentliklərində də geniş əksini tapmışdı.

M.Mehrəlizadə  seçki proqramını təqdim etmək üçün İslahat Cəbhəsində (İC) olmağı istəyir, həmin məqsədlə  İC sədri Behzad Nəbəviyə məktub yazıb, həmin qurumda proqramını təqdim etmək istədi. Cəbhə bəyan etdi ki, əsas namizədləri rədd edildi. Ona görə onların  daha namizədləri  yoxdur. 14 namizədi vardı, onlardan 9 nəfər seçkidə  iştirak etmək istədi, bunların arasında M.Mehrəlizadənin adı yox idi, Məsud Pezeşkiyanın və   2 qadının adı vardı.

Mühafizəkar təşkilatların əksəriyyəti 1 nəfəri dəstəkləyir. Bəzi islahatçı təşkilatlar bir neçə dəfə namizədləri olmadığını təkrar ediblər. Məsələn, islahatçı “Etimade Melli” (Milli Etimad) partiyasının  Baş katibi İlyas Həzrəti: ”Hələ ki,  namizədimiz yoxdur”.

Hələ ki, Ə. Himməti və M.Mehrəlizadə çalışırlar ki, islahatçı cəbhə onları dəstəkləsin.

Qeyd edilir ki, radikal islahatçılar – boykot tərəfdarı, mülayim islahatçılar isə seçkidə iştirak tərəfdarlarıdırlar.

Bir qrup Ə. Himmətini dəstəkləmək istəyir. Karqozarane sazəndəgi (Qurucu kargüzarlar) partiyası Himmətiyə dəstək təşkil etmək üçün fəaliyyət göstərir.

1 iyun 2021)11 xordad  1400

İctimai elmlər sahəsində tanınmış alim  olan Məhəmmədrza Tacik M.Mehrəlizadəni dəstəkləmir, çünki  onun seçilmək şansl olmadığını qeyd edir və əlavə edir ki, prezident H.Ruhani hökuməti islahatçıları tamamilə nüfuzdan saldı.

Ə.Himməti  Qurucu kargüzarlar (Karqozarane sazəndəgi) partiyasının Mərkəzi Şurasının üzvüdür.

NASA: namizədimiz yoxdur, heç kimi də dəstəkləmirik. Himməti özünü texnokrat hesab edir.

MÜŞARİKƏT CƏRƏYANI (Cəbheye  Moşarekəte İrane Eslami/İslam İran Sosialist Partiyası,1997-ci ildə S.M.Xatəmini hakimyyətə gətirən siyasi qüvvələrin ümumi adı, sonra siyasi partiyaya çevrildi, 2009- cu il hadisələri zamanı buraxıldı və fəaliyyəti qadağan edildi) – 11-ci parlament seçkilərində (2 esfənd 1398/2020/) olduğu kimi seçkiləri boykota çağırır, kim iştirak etsə,  islahatçı adından məhrum ediləcəyi ilə  təhdid edir.

2020-ci ildə parlament seçkiləri zamanı Məhəmməd Rza Arif İslahatçı Ali Şurada seçkidə  iştirakçı fraksiyaların yaranması ilə razılaşmadı. Şura dağıldı.

İndi Şuranın başçısı Behzad Nəbəvidir.

Radikal islahatçılar: ”Ettehade mellət” / Milli Ittihad partiyası, “Sazmane ədalət və  azadi” / Ədalət və Azadlıq təşkilatı

03.06.2021/13.03.1400

İslahat Cəbhəısi: “Hələ görək sorğu nə göstərir, sonra lazım bilsək, Mehrəlizadə və Himmətini dəstəkləyərik”.

Ə.Himməti 2 saat ərzində proqrqmını Seyid Həsən Xomeyniyə izah edib, o da bəyənib.

S.H.Xomeyni: ”Zərifə haqsızlıq diplomatiya qurumuna  haqsızlıqdır. Zərif şücaətli, təqvalı  adamdır, xalqın dərdini bilir”.

04.06.2021/14.03.1400

Ali Rəhbər S.Ə Xamenei S.R.Xomeyninin vəafatının ildönümü münasibəti ilə  R /Tv ilə çıxışında “səlahiyyət məsələsində  bəzilərinə zülm edildi”yini etiraf etmişdi. Rəhbər yuxarıda adları qeyd edilən az-çox tanınmış yüksək vəzifəli şəxslərin (məs., Ə.Laricani)  səlahiyyətinin rəd edilməsini nəzərdə tuturdu.

Bəziləri səlahiyyəti rədd edilən bəzi şəxslərin seçki marafonuna qatılacağına ümid edirdilər. Lakin mühafizəkarlar onların ümidlərinin əbəs olduğunu vurğuladılar.

Rəhbər Xameneinin sözlərindən sonra heç kimin səlahiyyəti təsdiq edilməyəcək, qatar gedib.

05.06.2021/15.03.1400

Tehran vaxtı ilə saat 17.00-da  7 namizədin teledebatı başlanıb və müxtəlif kanallardan yayımlanır.

Birinci teledebatdan sonra   mühafizəkarlar qeyd edirdilər ki,  islahatçılar da islahatçı namizədlərdən narazı qalıb.

08.06.2021/18.03.1400

Namizədlərin ikinci teledebat günü

09.06.2021/19.03.1400

Prezident dəftərxanasının rəisi Mahmud Vaezi Himmətinin sözlərini təkzib etdi, “Ruhani ilə aralarında fikir ayrılığı olmayıb” dedi.

Tilberq universiteti: “Mehrəlizadə burada təhsilini başa vurmayıb və heç bir sənəd almayıb” [M.Mehrəlizadə bioqrafiyasında adı çəkilən universitetdən doktorluq diplomuna sahib olduğunu bəyan etmişdi. Qarşı tərəf məsələni operativ şəkildə araşdıraraq onu təkzib etmişdir].

11.06.2021/21.03.1400

Dejpəsənd Mərkəzi Bankın fəaliyyətini  sərt tənqid etdi [Ruhani hökumətində iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd Ə.Himmətinin hökumətin fəaliyyəti ilə bağlı bəzi tənqidi fikirlərini bəhanə edərək prezidentliyə namizədin imicinə güclü zərbə vuraraq onun onsuz da  aşağı olan şansını daha da zəiflətməyə çalışmışdır].

12.06.2021/22.03.1400

İKİ namizəd  TÜRKCƏ  danışaraq Azərbaycanda səs toplamağa səy etsələr də, şəhər səviyyəsində  PLAKATLARI AZ VƏ MÖVCUDLUQLARI  ÇOX  ZƏİFDİR [İki islahatçı namizəd M.Mehrəlizadə və Ə.Himməti nəzərdə tutulur]. Başqa sözlə,Təbrizdə islahatçıları dəstəkləyən qüvvələr demək olar ki, gözə dəymir.

 

    III   TELEDEBAT GÜNÜ

 

Biri: “əsas rəqiblər Rəisi və Himmətidir. Bəlkə Rezai  axıra kimi qaldı, qalanları çəkiləcək [proqnoz 20 faiz düz çıxmadı, çünki Qazızadə də qaldı], fərq o qədər böyükdür ki, 1 həftədə  dəyişə bilməz.Hələ ki İslahat cəbhəsi öz  namizədini ELAN ETMƏYİB. Karqozaran  Himmətini dəstəkləyir”.

Faizə Haşımi (Rəfsancaninin qızı): “Atam sağ osa idi, Himmətiyə səs verərdi”.

Göründüyü kimi, seçkilərə bir neçə gün qalmış islahatçı adlanan qüvvələr ən azı ideya baxımından islahat bayrağı altında çıxış edən namizədləri dəstəkləmək istəmirdilər.

Ebtekar: ”Tramp deyirdi ki, bu hökuməti devirəcəyik, daxildən də ona səs verib səy etdilər,3 dəfə prezidenti devirməyə cəhd [impiçment məsələsi qaldırılırdı] oldu [Prezidentin Qadın və Ailə işləri üzrə müavini xanım Məsumə Ebtekar].

Mühafizəkarların islahatçıları siyasi səhnədən uzaqlaşdırmaq əzmini yaxşı bilən hökumət üzvləri islahatçıları dəstəkləməkdən israrla imtina edirdilər.

13.06.2021)23.03.1400

HİMMƏTİ: ”Ciddi rəqibim yoxdur”.

Biri: ”Himməti və Mehrəlizadə ÜÇÜNCÜ dərəcə namizədlərdir”.

Mehrəlizadənin dəstəyi yoxdur.

Himmətinin BİRJA  haqqında dediklərini  İqtisadiyyat  və maliyyə NAZİRİ təkzib etdi.

Haşımi (Rəfsəncani) ailəsinin  mövqeyi: koalisiya şərti ilə dəstək, Tehran şəhər şurasının sədri [Möhsün Haşımi Rəfsəncani ]: hər ikisi birləşsin, debat 20 il əvvəl üçün qane edici olardı, indi yox.

İslahat cəbhəsi və Xatəminin Mübariz “Ruhaniyyun Cəmiyyəti: “BİZİM NAMİZƏDİMİZ YOXDUR”.

14.06.2021/24.03.1400

Yazı, Vitse prezident İ.Cahangiri: ”Nigəhban Şurası Haşıminin [Ə.H.Rəfsəncani]  səlahiyyətlərinin araşdırılmasının videosunu yaysın/göstərsin”

1392)2013-də H.Rəfsəncaninin seçilmək ehtimalı yüksək olduğundan qərara alındı ki, NŞ onun səlahiyyətini təsdiq etməsin.

Rəfsəncaninin oğlu Möhsün Haşiminin Rəhbərə məktubunda: ”Dediniz ki, hüquqlar)səlahiyyətlər bərpa olunsun, lakin indiyə kimi heç bir addım atılmayıb, əvvəl susdum, H.Rəfsəncani haqqında  deyilənləri eşidəndən sonra qərara aldım ki, məktub yazıb ”hüququn bərpasını istəyim”.

H.Rəfsəncaninin oğlu M.Haşiminin də səlahiyyəti təsdiq olunmadı. Sizin  tövsiyyə və tələbinizi eşitmirlər, onda sabah nə olacaq?ARTIQ XALQLA HESABLAŞMAYAN BİR İRADƏ FORMALAŞIR.

Tehranda Himmətinin tərəfdarlarının toplantısı olub.

 

İslahatçılardan bir qrupun seçkilər haqqında MƏKTUBU:

 

“Ünvanlanıb S.M. Xatəmi, N.Nuri, Seyid Hadi Xamenei, Seid Həsən Xomeyni, Möhsün Haşimi Rəfsəncani, Əli Laricani, Məhəmməd Rza Aref, Behzad Nəbəvi, Məsud Pezeşkiyana [ƏN GÖRKƏMLİ İSLAHATÇILAR]

İndiki seçki çox mühümdür. İndi rasional və mötədil hökumətin hakimiyyətə gəlməsi zərurəti yaranıb. Avtoritar dairələr xalqı seçkidən uzaqlaşdırmağa çalışır ki, nəticəni qabaqcadan qəti şəkildə  müəyyən etsin. İndi bəzilərinin səyi ilə Respublika qolu zəifləyib.1400/2021-ci il  seçkilərində  Respublika komponentini   möhkəmlətmək üçün nadir fürsət yaranıb.1384/2005-ci ildə İslahat cəbhəsi parçalanmışdı.

Xahiş edirik, meydana daxil olub öz ictimai seçiminizi  elan edərək, İran xalqını qane və təşviq  edən iştirakçını   dəstəkləməyə dəvət edəsiniz.

Biz  ümidimizi  itirmirik və inanmırıq ki, rəhbərlərimiz o istiqamətdə  hərəkət edələr ki, avtoritarların ürəyincə ola, yəni səslərini çıxarmayalar. İndi  HİMMƏTİ bizim əsas namizədimizdir. Baxmayaraq ki, ən nüfuzlular  seçkiyə buraxılmadı. Gəlin kənarda durmayın ki, sonra yenə peşman olmayaq. Rəfsəncani sağ olsa idi, bu yolda böyük işlər görərdi”.

183 nəfərin adı və imzası var.

İcmalı verilən məktubda sıravi islahatçıların – ali təhsilli orta təbəqənin islahat ideyasına və islahat cəbhəsinin liderləri hesab etdikləri məhdud elitaya bağladıqları yanlış ümidlər öz əksini tapmışdır. Belə ki, İranda islahat adlanan cərəyanın kifayət qədər sosial bazası mövcuddur, həmin cərəyan  siyasi baxımdan mütəşəkkil bir qüvvə təsiri bağışlayır və sıravi islahatçıların inandıqları elita ona rəhbərlik edir.

Bunula belə, sıravi islahatçılar bir məsələdə ciddi yanılışlığa yol verirlər. Onlar güman edirlər ki, islahatçı adlanan elita cəmiyyətin siyasi və mədəni  islahatlarda maraqlı olan təbəqələrin mənafeyini ifadə edir və dəstəkləyirlər. Əslində isə islahat elitası hakim elitanın tərkib hissəsidir və onun köklü maraqları sistemin mövcudluğu ilə bağlıdır.

Cəmiyyətin iqtisadi, sosial, mədəni inkişafı nəticəsində hakimiyyətə (qanunvericilik və icra qolları) nəzarət etməyə iddiaçı şəxslərin sayının artması ilə əvvəlki məhdud sayda olan və ona görə inhisara malik olan elita daxilində parçalanma baş verir və həmin qruplar sosial dayaqlarını formalaşdlrmaq üçün cəmiyyətin müxtəlif təbəqələrinin köklü maraqlarını həll etmək vədi ilə siyasi səhnəyə çıxırlar. Həmin vədlərə inanan sıravi vətəndaşlar dəyişikliklərə ümid edərək, köhnə elitadan çıxmış “yeni” elitanı hakimyyətə gətirməyə  meyl göstərir. Hakimiyyətə  “yeni”  ideyalarla gələn köhnə elitanın bir qrupu vəd etdiyi yenilikləri həyata keçirməyə qadir olmadığını nümayiş etdirir, çünki həmin vədlərin yerinə yetirilməsi mövcud sistem çərçivəsində qeyri-mümkündür. İslahat şüarı ilə hakimyyətə gələn qüvvələrin hakimiyyət illəri göstərdi ki, onlar siyasi və mədəni sferada yalnız nəzarəti zəiflətməklə məşğul ola bilərlər. Həmin davranış forması sistemin təbiətinə zidd olduğuna görə, sistemin mövcudluğunu qoruyan qanuni qüvvələr tərəfindən mövcud qanunlar çərçivəsində asanlıqla aradan qaldırılır. Cəmiyyətin həyatının əsasını təşkil edən  iqtisadi sferada həqiqi islahatçı rolunda, İran İslam Respublikasının tarixinin göstərdiyi kimi, həmişə mühafizəkarlar çıxış etmişlər. Onların həyata keçirdikləri islahatlar bir tərəfdən siyasi hakim elitanın iqtisadi hakim elitaya çevrilməsinə, digər tərəfdən aşağı təbəqələrin hakim təbəqələr və onların maraqlarının təmsilçisi olan hakimyyətə qarşı etiraz və müqavimətinin azaldılmasına yönəlmişdir. Cəmiyyətin ən aşağı təbəqələrinin etimadını və dəstəyini qazanmaq üçün mühafizəkarlar  onların iqtisadi-məişət problemlərini ön plana çəkir və və müəyyən dərəcədə dəstəyinə nail olurlar.

İslahatçıların belə bir imkanı olmadığından, hətta  orta təbəqələrin siyasi-mədəni maraqlarını təmin etməyə qadir olmadıqlarından, bütün şəraitlərdə Ali hakimiyyətin (Rəhbərliyin) razılığı olmadan  mühafizəkar qüvvələrlə nəinki mübarizə, hətta rəqabət aparmağa hazır olmur və özlərinin sistemin mahiyyətindən irəli gələın prinsipsizliklərini mühafizəkarların intriqaları ilə izah edərəık özlərinə bəraət qazandırmağa çalışırlar.

İranda 28 xordad 1400/18 iyun 2021- ci il tarixində də keçirilən 13-cü prezident seçkiləri deyilənləri əyani surətdə nümayiş etdirdi.

Səsvermə zamanı islahatçıların yeganə namizədi kimi çıxış edən Ə.Himməti (M.Mehrəlizadə namzədliyini geri götürmüşdü) seçkidə iştirak edənlərin cəmi 8%-dən bir qədərdən çoxunun səslərini qazanaraq marafonda iştirak edən ikinci mühafizəkar namizəddən sonra üçüncü yeri tutmuşdur.

Mühafizəkar hakimiyyətlə yazılmamış qanun əsasında münasibət quran, öz mövqeyini qoruyub saxlamağa çalışan “islahatçı“ elita nəinki islahatçı namizədləri, həm də islahat ideyasını dəstəkləmədi.

ARDI VAR…

Şərhlər bağlıdır.