ƏRDOĞAN: AZƏRBAYCANA XÜSUSİ TƏŞƏKKÜR EDİRƏM

“Meşə yanğınları ilə bağlı bütün imkanlarımızı səfərbər etmişik. Qurudan və havadan müdaxilə edən texnikaların sayı sürətlə artıb. Bu məsələdə xüsusilə Azərbaycanın rolunu qeyd etmək istəyirəm. Bura gəlməzdən əvvəl İlham Əliyev qardaşımla telefonda danışdım. Azərbaycan bütün təchizatlarla təmin olunmuş 600 təcrübəli yanğınsöndürən göndərib. Daha 100 yanğınsöndürən göndərməyi təklif etdi. Mən də yaxşı olar dedim. Böyük ehtimalla bu gün gələcəklər”.

 

 

 

 

Şərhlər bağlıdır.