RUSIYADA KRİTİK VƏZİYYƏT: BÜTÜN ÖLKƏ SƏFƏRBƏR OLDU

Havaların isti keçməsi Rusiyada meşə yanğınlarının miqyasını böyüdüb.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, bütün ölkə meşə yanğınlarına səfərbər olsa da, bir çox bölgədən fərqli yanğın xəbərləri gəlməyə davam edir.

Rusiya Federasiyasının Federal Meşə Agentliyi 222 nöqtədə 1 milyon 71 min 845 hektar sahədə meşə yanğınlarının davam etdiyini açıqlayıb. Bildirilib ki, 2 avqust tarixindən etibarən təxminən 830 min hektar sahədə davam edən yanğınların söndürülməsi işləri gedir.

Son 24 saat ərzində 40 nöqtədə yanğınların nəzarət altına alındığı haqqında məlumatların yer aldığı açıqlamada qeyd olunub ki, yanğınların 126-sı Yakutiyada, 50-si İrkutsk bölgəsində baş verib.

Yanğını söndürmək üçün təxminən 5 min adamın və yüzlərlə yanğınsöndürmə vasitəsinin fəaliyyətdə olduğu bildirilib.

Şərhlər bağlıdır.