TALİBAN DAHA BİR ŞƏHƏRİ ƏLƏ KEÇİRDİ

Əfqanıstanın böyük şəhərlərindən birində “Taliban”ın bayrağı qaldırılıb.

Bu barədə “Ruptly”ə istinadən xəbər verir ki, “Taliban” ölkənin 6-cı böyük şəhəri olan Qunduza nəzarəti ələ keçirəndən sonra mərkəzi meydanda öz bayrağını dalğalandırılıb. Qeyd edək ki, Qunduz Əfqanıstanın şimalında ən böyük şəhərdir.

Qeyd edək ki, “Taliban”ın hücumları ara vermir. Tacikistanın “Khovar.tj” agentliyinin verdiyi məlumata görə hökümət qüvvələri ilə silahlı toqquşmalar davam edir. Biraz əvvəl Fəryab vilayətinin Andoy rayonu ələ keçirilib. Bu arada “Taliban”ın daha bir lideri, pakistanlı Mahıbulla məhv edilib.

Nurlanə

Şərhlər bağlıdır.